Azərbaycana 140-a yaxın pambıqyığan kombayn gətirilir
Bizi izləyin

Sosial

Azərbaycana 140-a yaxın pambıqyığan kombayn gətirilir

Yaxın günlərdə Azərbaycana 140-a yaxın pambıqyığan kombayn gətiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu barədə “John Deere” şirkətinin regional nümayəndəsi Maximilian Pauge nazir Heydər Əsədovla görüşdə deyib.

Görüşdə “John Deere” şirkəti ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq istiqamətləri haqqında müzakirələr aparılıb.

Nazir həmçinin “John Deere” şirkəti ilə bağlanmış müqavilələrə əsasən qısa zamanda, pambıq yığımı mövsümünün başlanmasına qədər pambıqyığan kombaynların respublikaya gətirilməsinin sürətləndirilməsinin vacibliyini şirkət nümayəndələrinin diqqətlərinə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm