• USD 1,7002 0,00% EUR 2,0123 +0,80%
    • GBP 2,2659 +0,54% RUB 0,0291 +1,37%

Azərbaycan xeyriyyəçilik indeksində 126-cı yerdədir

  • Sosial
  • 15 Sentyabr 2017 23:06
  • 242 Baxış
Azərbaycan xeyriyyəçilik indeksində 126-cı yerdədir

Azərbaycan qlobal xeyriyyəçilik indeksində 19%-lə 126-cı sırada qərarlaşıb. Bir sözlə, Azərbaycanda 5 nəfərdən 1-i bu və ya digər formada xeyriyyəçiliklə məşğul olur.

Publika.az xəbər verir ki, bu məlumat "Charities Aid Foundation" beynəlxalq fondunun 2017-ci il (World Giving Index) xeyriyyəçilik reytinqi hesabatında yer alıb.

Qeyd edək ki, Myanma əhalisinin 65%-i xeyriyyəçiliklə məşğuldur və reytinq sıralamasında ilk yeri tutub. İkinci və üçüncü yer 60%-lə İndoneziya və Keniyaya aiddir.

İnkişaf etmiş ölkələrdən ABŞ 56%-lə 5-ci sıranı, Britaniya 50%-lə 11-ci, Almaniya 45%-lə 19-cu, Yaponiya 24%-lə 111-ci, Çin 14%-lə 138-ci sırada yer alıb.

MDB ölkələrindən Özbəkistan 40%-lə 38-ci, Tacikistan 36%-lə 50-ci, Türkmənistan 33%-lə 69-cu, Qırğızıstan 30%-lə 85-ci, Qazaxıstan 30%-lə 87-ci, Ukrayna 29%-lə 90-cı, Moldova 27%-lə 97-ci, Estoniya 27%-lə 100-cü, Belarus 22%-lə 117-ci, Ermənistan 20%-lə 122-ci, Rusiya 20%-lə 124-cü, Azərbaycan 19%-lə 126-cı, Latviya 18%-lə 131-ci və Gürcüstan 18%-lə 135-ci yerdə qərarlaşıb.

Ən son, 139-cu sırada isə 13%-lə Yəmən yer alıb.

Xatırladaq ki, "World Giving Index" əhalinin digər insanlara köməyini əks etdirən Gallup İnstitutu metodu ilə hazırlanır. İndeksin hazırlanması üçün 139 ölkədən 146 min respondent sorğuda iştirak edib. Onlar "Son zamanlar xeyriyyəçiliyə pul veriblərmi", "Könüllü işçi kimi çalışıblarmı" və "Yardıma ehtiyacı olan tanımadıqları insana kömək ediblərmi" kimi üç suala cavab veriblər. (report)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>