Sosial
Avtomobil alanda diqqətli olun: “ETİBARSIZ” ETİBARNAMƏ - - VİDEO
Özündən xəbərsiz etibarnamə ilə başqasına satdığı nəqliyyat vasitəsi qəza törətdi, indi sığorta şirkəti dəymiş ziyanın ödənilməsini ondan da tələb edir.
Publika.az xəbər verir ki, belə bir hadisə ilə paytaxt sakini Minayə Babayeva qarşılaşıb. Onun sözlərinə görə, 2013-cü ildə tanıdığı bir şəxsə bankdan onun adına kreditlə avtomobil alıb. Sonradan həmin şəxs borcu ödəyib qurtardıqdan sonra həmin avtomobil Fəyyaz Rzayev adlı şəxsə satılib. Bu dəfə də avtomobil onun adından çıxarılmayıb və yeni sahibi maşını etibarnamə əsasında idarə edib. həmin şəxs isə 2013-cü ildə Bakı-Qazax yolunun 70-ci kilometrliyində yol nəqliyyat hadisəsi törədib.
Minayə Babayeva iddia edir ki, hazırda avtomobili idarə edən şəxsi tanımır. Bir vaxt ona Yasamal rayon məhəkəməsindən qətnamə gəlib ki, bəs müəyyən miqdarda pul ödəməlisən. İddiaçı isə sığorta şirkəti olub.
Qətnamədə qeyd olunub ki, Bakı-Qazax yolunun 70-ci kilometrliyində cavabdeh Fəyaz Rzayev ''Vaz 21723'' markalı, 90 VR 370 dövlət qeydiyyat nişanlı avtomobillə yanacaqdoldurma məntəqəsinə daxil olarkən qəza törədib və dizel yanacaq aparatının sütununa dəyərək maddi ziyan vurub. Qərarda isə qeyd olunub ki,Minarə Babayevə və Fəyaz Rzayev min manat sığorta şikətinə, 30 manat isə dövlət rüsumu olaraq məhkəmənin hesabına ödəməlidirlər. Minayə Babayevə burada heç bir qanunazid hərəkət törətmədiyini iddia edir.
Hüquqşunas Ərşad Hüseynov bildirdi ki, əgər Minayə Babayeva tərəfindən avtomobil satılarkən verilən etibarnamənin müddəti bitmişdirsə və həmin şəxsin sürücülük hüququ yoxdursa bu zaman dəymiş ziyan sığorta şirkətinə elə Minayə Babayevə tərərindən də ödənəməlidir.Bununla yanaşı, Minayə Babayeva apelyasiya şikayyəti verərək avtomobili faktiki başqasına satılmasını əsas gətirərək qəzanı törədən şəxs tərəfindən dəymiş ziyanı ödətdirə bilər.
Əgər qəzanı törədən sürücü Fəyaz Rzayevin həm sürücülük hüququ
,həm də etibarnaməsinin olduğu tam müəyyənləşərsə onda dəymiş ziyan
Minayə Babayevə tərəfində yox ,elə sürücü Əsgər Rzayev tərəfindən
ödənməlidir. (xezerxeber.az)
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?