Sosial
Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlandı
Vəkillər Kollegiyasının Rəyasət Heyəti kollegiyaya qəbul imtahanı ilə bağlı məlumat yayıb.
Kollegiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yanvar ayının 28-də vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçiriləcək. İmtahan Bakı Dövlət Universiteti (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi 23) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (Ünvan: Bakı şəhəri Yasamal rayonu, A.Sultanova küçəsi 11 ünvanında) binalarında təşkil olunacaq.
Məlumat üçün bildiririk ki, “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi qaydaları”na görə, hər bir imtahan sualına düzgün cavab 1 balla qiymətləndiriləcək (cəmi 100 mümkün bal). Yazılı test imtahanının yekununa görə 60 (altmış) və ya daha çox bal toplamış namizədlər imtahanın ikinici mərhələsinə - şifahi müsahibəyə buraxılacaqlar. Həmçinin səhv cavablar düz cavabların qiymətləndirilməsinə təsir göstərməyəcək. Əvvəlki illərdən fərqli olaraq bu dəfə imtahanda Məntiqə dair suallardan istifadə olunmayacaq.
Qeyd olunmalıdır ki, imtahana buraxılış vərəqələrini növbəti həftənin ilk günlərindən etibarən Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olmaqla yükləmək mümkün olacaq. İmtahanın vaxtı barədə əlavə məlumat veriləcək.
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi