"Bu, insanlarda qorxu yaradır" - Millət vəkili
Bizi izləyin

Sosial

"Bu, insanlarda qorxu yaradır" - Millət vəkili

Baytarlıq xidmətinin yaxşılaşdırılması diqqət mərkəzindədir, lakin çox ciddi çatışmazlıqlar var.

Publika.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Tahir Rzayev Milli Məclisdə “Baytarlıq haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Millət vəkili baytarlıq sahəsində mütəxəssislərin çatışmadığını deyib:

“Kolxoz və sovxozlar ləğv ediləndən sonra bu sahəyə maraq azaldı. Fəsil dəyişikliyi ilə bağlı quşlar və heyvanlar arasında kütləvi tələfatlar olur. Baytarlıq orqanlarının əməkdaşları bununla bağlı əhalini maarifləndirməlidir. Lakin bu görünmür. Bəzən kütləvi ev quşları məhv olur, lakin səbəbi araşdırılmır. Bəzi ölkələrdə televiziya ekranlarında bu istiqamətdə maarifləndirici məlumatlar yer alır”.

Millət vəkili mənşəyi məlum olmayan heyvanları satışa çıxaranlar barədə görülən tədbirlərin açıqlanmasının vacibliyinə də diqqət çəkib:

“Bu ətlər barədə televiziyalarda da məlumatlar təqdim edilir. Lakin bu insanlar arasında qorxu yaradır. İnsanlar başqa ətləri də almaq istəmir. Bu hallara yol verən insanlar haqqında görülən tədbirlər aşkarlanmır. Yaxşı olar ki, qanunsuz ət satmaq istəyənlər aşkar ediləndən bir ay müddətində həmin şəxslər barədə görülən hüquqi tədbirlər açıqlansın. Acınacaqlı haldır ki, kiçik çəkili heyvanlar satışa çıxarılması halları da var. 50-60 kiloqramlıq buzovların kəsilməsi yolverilməzdir. Bu heyvanlar öz ətini tutub yetişməlidir. Belə bir addımın atılması heyvandarlığa çox böyük ziyan vurur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm