Sosial
Yeni nazir İŞƏ BAŞLADI - FOTO
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimovu nazirliyin kollektivinə təqdim edib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Ramiz Mehdiyev nazir İnam Kərimovun keçdiyi həyat yolu barədə ətraflı məlumat verərək qeyri neft sektorunun, xüsusilə də kənd təsərrüfatının ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını, bu sahənin inkişafı ilə bağlı büyük potensial imkamların olduğunu diqqətə çatdırıb. Ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.
Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.
İnam Kərimov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə olduğu kimi qeyri-neft sektorunun xüsusilə, kənd təsərrüfatının uğurla inkişaf etdirildiyini bildirib.
Qeyd edək ki, İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə təyin edilib.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək