Bakıda tanınmış caz musiqiçisi Danilo Peresin konserti olub
Bizi izləyin

Tabloid.az

Bakıda tanınmış caz musiqiçisi Danilo Peresin konserti olub

Bakıda M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Premier LTD" Art Management-in təşkilatçılığı ilə tanınmış caz musiqiçisi Danilo Peresin "Panama 500" adlı konserti olub.

Bakıda M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Premier LTD" Art Management-in təşkilatçılığı ilə tanınmış caz musiqiçisi Danilo Peresin "Panama 500" adlı konserti olub.

D.Peres (fortepiano) Adam Kruz (zərb), Ben Strit (kontrabas) və Roni Eytandan (qarmon) ibarət triosu ilə çıxış edib.

"Panama 500" konserti fevralın 4-də işıq üzü görmüş eyniadlı yeni alboma həsr olunub.

Musiqiçi Trend-ə bildirib: "Bu albom özündə caz, klassika və latinonu birləşdirir. Mən bunu "üçölçülü musiqi" adlandırardım".

Cazmen konsertin sonunda Bakı tamaşaçılarına mehriban qarşılanma və alqışlara görə minnətdarlığını bildirib: "Mənim üçün Bakıda olmaq, sizin bənzərsiz mədəniyyətlə tanış olmaq çox maraqlı oldu. Bakı son dərəcə gözəl şəhərdir və burada çox mehriban insanlar var".

Konsert Avropa turnesi çərçivəsində baş tutub. Bakıdan başqa, bu turne Madrid, Paris, Berlin, Ştutqart, Münhen, Tbilisi, Təl-Əviv, Afina və digər şəhərləri əhatə edir.

Konsetin informasiya dəstəyi Trend və Day.az-a məxsusdur.

Qeyd edək ki, 1965-ci il təvəllüdlü panamalı pianoçu və bəstəkar D.Peres üç yaşında peşəkar qrup lideri və müğənni olan atasının rəhbərliyi altında musiqini öyrənməyə başlayıb. Hazırda "Berklee College of Music" və "New England Conservatory of Music"də müəllim kimi fəaliyyət göstərir. O, UNICEF-in xoşməramlı səfiri, Panamanın mədəniyyət məsələləri üzrə səfiri, "Panama Jazz Festival"ın prezidenti və təsisatçısıdır. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm