Məşhur sənətçi fal açacaq - Fotolar
Bizi izləyin

Tabloid.az

Məşhur sənətçi fal açacaq - Fotolar

Subay qızlar İlaxır çərşənbədə fal açıb, gələcəkləri ilə bağlı nəsə öyrənmək istəyirlər. Məşhurlar da buna biganə deyil. İnanclara görə, bu gecə nə niyyət edərsənsə, həyata keçər. Tarzən-müğənni Humay Qədimova da qızlarla bir yerə toplanıb, fala baxacaq. Subay sənətçimiz hətta tonqaldan tullanmaq ənənəsinə də əməl edəcək:

“Bayramın özəlliyi də bundadır ki, tonqaldan tullanırsan, qapıya papaq atırsan. Papaq atmayacam. Amma tonqaldan tullanacam. Axşama kimi bayram tədbirlərindəyəm. Axşam qızlarla birlikdə fala baxacam. Qızlara söz vermişəm ki, onlara qoşulacam” – deyən sənətçi qapı pusmayacağını dedi.

Sonuncu dəfə qonşu qapıdan xoşagəlməyən ifadə eşidən Humay bu ənənəsinə son qoyub. Hər bir halda o, İlaxır çərşənbəni böyük əhval-ruhiyyə ilə qeyd edəcəyini söylədi.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm