İradə İbrahimova bayramı Türkiyədə keçirəcək - FOTO
Bizi izləyin

Tabloid.az

İradə İbrahimova bayramı Türkiyədə keçirəcək - FOTO

Müğənni İradə İbrahimova qonşu Türkiyədə yaşamağına baxmayaraq, “Novruz”u hər il qeyd edənlərdəndir. Sənətçimizin bayram sovqatları ötən həftədən özünə göndərilib. Hətta bacısı Nigar İbrahimova və həyat yoldaşı Ruslan Sanıyev də Türkiyəyə yollanıb. Onlar bayramı ailəlikcə qeyd edəcəklər.

Bu barədə Publika.az-a İradə xanım özü məlumat verib:

“İpək 3 yaşını geridə qoyub və bayram anlayışı var. Səməninin nə üçün yetişdirildiyini bilir. Bakıdan nənəsi bizə paxlava, şəkərbura, qoğal göndərib. Onların da bayram süfrəsinə qoyulmalı olduğuğunu demişəm. Bayramımız arzuladığımdan gözəl keçəcək. Ailəm, bacım, həyat yoldaşıilə birlikdə “Novruz”u qeyd edəcəyik”.

İradə İbrahimova Bakıdakı kimi tonqal ətrafına toplanıb, qapıya papaq atanlara sovqat paylaya bilməsə də, adət-ənənələrimizə evində əməl etməyə çalışır. Bunu qızı İpəklə yanaşı, ətraqfında olan insanlara da aşılayır. Sonda sənətçi tezliklə sənətində yenilik edəcəyini və bunun xəbərini paylaşacağını da diqqətə çatdırdı.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm