Cavanşirlə Nadir canlı yayımda barışdı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Cavanşirlə Nadir canlı yayımda barışdı - FOTOLAR

Əməkdar artist Cavanşir Məmmədov və müğənni Nadir Qafarzadə ANS telekanalında yayımlanan “Adam içində” verilişinin qonağı olub. Uzun müddət küsülü olan müğənnilər canlı yayımda barışıblar.

Əməkdar artist Cavanşir Məmmədov və müğənni Nadir Qafarzadə ANS telekanalında yayımlanan “Adam içində” verilişinin qonağı olub. Uzun müddət küsülü olan müğənnilər canlı yayımda barışıblar.

Nadir bu barışığın xalq artisti İlhamə Quliyevanın istəyi və məsləhəti ilə baş tutduğunu deyib:

“Mənim dahi adlandırdığım xalq artistimiz İlhamə xanımın təşəbbüsü ilə Cavanşir Məmmədovla bir araya gəldik. Oturub danışdıq, barışdıq. Özümdən böyük bir insana xoşagəlməz sözlər dediyim, şəxsiyyətinə toxunduğum üçün özümü bağışlaya bilmirdim. Qərara gəldik ki, ANS-də başlayan qalmaqala elə bu telekanalda da son qoyaq”.

Qeyd edək ki, müğənnilərin qalmaqalına səbəb Cavanşir Məmmədovun N.Qafarzadənin qaşlarını aldığını iddia etməsi olmuşdu. Bunu eşidən Nadir “Cavanşir qoca geylərə oxşayır” deyərək söz-söhbəti böyütmüşdü. /Axşam.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm