Nura Suri "Brilliantlar"ını nümayiş etdirdi - Fotolar, Video
Bizi izləyin

Tabloid.az

Nura Suri "Brilliantlar"ını nümayiş etdirdi - Fotolar, Video

Tanınmış müğənni Nura Suri youtube kanalının daxilində fəaliyyət göstərən və Rusiyanın ən böyük musiqi kanallarından hesab olunan “ELLO” ilə iş birliyinə başlayıb. İfaçının yeni “Brilliantlar” klipi 18 mart tarixində sözügedən kanalda təqdim olunub.

Tbilisidə çəkilən “Brilliantlar” klipini gürcü rejissoru Zaza Uraşvili ərsəyə gətirib. Mahnının söz və musiqisi Murad Arifindir.

“Brilliantlar” klipinin ilk təqdimatı 24 fervral tarixində Bakıda keçirilib.

Qeyd edək ki, “ELLO” kanalı böyük musiqi şirkəti “Symbolic Entertainment Group” və “LLC” tərəfindən yaradılıb. Kanalda Rusiyanın və Gürcüstanın tanınmış ifaçılarının klipləri yerləşdirilir. Ancaq bu, ifaçının razılığı ilə həyata keçir və bunun üçün xüsusi müqabilə imzalanır. Kanalda Dan Balan, Nüşa, Vera Brejneva, Dima Bilan, Filip Kirkorov, Ani Lorak, Valeriy Meladze və digər tanınmış ifaçıların klipləri nümayiş olunur.

“ELLO” tez bir zamanda kifayət qədər istifadəçi toplayıb və yüksək baxış sayı qazanıb. Məhz bu kanal youtubedə əsl inqilab etdi. Kanal dünyanın ən böyük musiqi şirkətlərindən olan Universal Music, Warner Music Russia və Velvet Musiclə əməkdaşlıq edir.

“ELLO” ilə həmçinin Rusiyanın və Gürcüstanın ən yaxşı klipmeykerləri- Alan Badoyev, Vlad Opelyands, Qeorgiy Toidze və Serqey Solodkiy çalışır. Rejissorlar bütün kliplərini məhz “ELLO” –da təqdim ediblər.

Onu da xatırladaq ki, “ELLO” kanalında daha öncə ancaq Eldar Qasımovun, Nigar Camalın və Anar Bəylərin klipləri təqdim olunub.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm