Tabloid.az
Amerikalı aktrisa BMT-nin yeni xoşməramlı səfiri təyin edildi - Foto
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP)
yoxsulluğun azaldılması və qadınların səlahiyyətləndirilməsi
sahəsində fəaliyyətinə görə amerikalı aktrisa Konni Brittonu yeni
xoşməramlı səfir təyin edib. Bu barədə Trend BMTİP-ə istinadən
xəbər verir.
BMTİP-in xarici əlaqələr üzrə direktoru Maykl O'Neyl bildirib: "Biz Konni Brittonun BMTİP-in dünyada yoxsulluqla mübarizə səylərinə qoşulmasına çox sevinirik. Konni humanitar məsələlərə böyük həvəs göstərir və dünyada inkişaf məsələləri üzrə maarifçiliyin aparılmasında bizim tərəfdaşımız olacaq".
K.Britton mütəmadi xeyriyyə tədbirlərini dəstəkləməklə dəfələrlə
yoxsulluğun azaldılması səylərinin və qadınların hüquqlarının
qorunmasının tərəfdarı kimi tanınıb. BMTİP-in yeni xoşməramlı
səfiri kimi insanların saləhiyyətləndirilməsi və marjinallaşmaya
qarşı mübarizə üçün BMTİP-in qlobal səylərinin tanınmasında öz
məşhurluğundan istifadə edəcək.
K.Britton deyib: "Mən səfərlərimdə ifrat yoxsul insanların
yaşadığı yerləri gördüm. Bir milyard insanın belə şəraitdə yaşaması
və xroniki xəstələrin altmış faizinin qadınlar olması 2014-cü ildə
yolverilməzdir. Dünyada aztəminatlı insanların həyatlarını müsbətə
doğru dəyişmək və yaxşılaşdırmaq üçün BMTİP ilə işləməyi
səbirsizliklə gözləyirəm".
Dördqat Emmi mükafatının sahibi K.Britton hazırda "Nashville" adlı ABC seriallarında çəkilir və buna görə o, ən yaxşı aktrisa - televiziya dram serialları nominasiyasında ilk Qızıl Qlobus mükafatını alıb. K.Britton əsasən "Friday Night Lights" (Cümə gecələrinin işıqları) adlı serialda Tami Teylor və "American Horror Story" (Amerikanın qorxunc hekayəsi) serialında Vivien Harmon rollarına görə tanınıb. Bu ilin sonunda o, "This Is Where I Leave You" (Mən səni burada tərk edirəm) komediyasında ekranlarda görünəcək.
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO