• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Namiq Qaraçuxurlu nişanlısı ilə bağlı gerçəkləri danışdı - AÇIQLAMA

Namiq Qaraçuxurlu nişanlısı ilə bağlı gerçəkləri danışdı - AÇIQLAMA

Meyxanaçı Namiq Qaraçuxurlu nişanlısından ayrılması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Sənətçi toyunun təxirə düşməsinin səbəblərini də açıqlayıb:

“Nişanım qayıtmayıb. Amma toyun vaxtı uzanır. Buna səbəb isə hazırda çəkildiyim serialdır. Şəxsi həyatımla bağlı çox danışmağı xoşlamıram, amma mən sənət adamıyam, münasibətdə hər söz-söhbət olur. Qısqanclıqlar da baş verir. Bunları sakit formada danışıb, yoluna qoyuram. Uşaq deyilik. İki aydan sonra serial başa çatacaq. Ondan sonra şəxsi işlərimə vaxt ayıracam”.

Son vaxtlar efirdən uzaq düşmüş N.Qaraçuxurlu şou-biznes nümayəndələri arasında görünmək istəmədiyini bildirib:

“Son vaxtlar hamı niyə görünmədiyimi soruşur. Səhərdən axşama kimi çəkilişdə oluram. Həm də bir ara çox qaynayıb-qarışdım. Gördüm ki, problemlər də çoxalır. Buna görə də şou-biznes aləmində çox görünmək istəmirəm. Bir az uzaqlaşsam, yaxşıdı”. /Axşam.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR