Azərbaycan bu gün "Eurovision"da çıxış edəcək - Video
Bizi izləyin

Tabloid.az

Azərbaycan bu gün "Eurovision"da çıxış edəcək - Video

"Eurovision"-2014 yarışmasındakı təmsilçimiz Dilarə Kazımova ilk çıxışını bu gün ifa edəcək.

Bu gün Avroviziya-2014 musiqi yarışmasının ilk yarımfinalı baş tutacaq. Azərbaycanı təmsil edən Dilarə mahnısını 8-ci nömrə altında oxuyacaq.

Azərbaycan təmsilçisi 1-ci yarımfinalın birinci hissəsində Ermənistan, Latviya, Estoniya, İsveç, İslandiya, Albaniya, Rusiya, Ukrayna, Belçika, Moldova, San-Marino, Portuqaliya, Niderland, Çernoqoriya və Macarıstan kimi ölkələrin nümayəndələri ilə mübarizə aparacaq.

Xatırladaq ki, müsabiqənin 2-ci yarımfinalı mayın 8-i, böyük final isə mayın 10-u Kopenhagenin “B&W Hallerne” arenasında keçiriləcək. /axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm