Tabloid.az
Türkiyənin serial biznesi - 150 milyon qazanc
İstehsal və texniki cəhətdən səviyyəsi hər gün artan Türkiyənin
serial sektoru artıq dünyanın 50-dən çox ölkəsinə daxil olmağı
bacarıb. Belə ki, artıq ötən il seriallardan Türkiyə 150 milyon
dollar gəlir əldə edib.
AzVision.az xəbər verir ki, Baş Nazirliyin İctimai Diplomatiya
Koordinatorluğunun verdiyi məlumata görə, Türkiyə 10 əvvəl
filmləri, serial və yarışmaları, eləcə də əyləncə proqramlarının
formatlarının təxminən hamısını xaricdən alırdı. Lakin, 2000-ci
illərin ortalarından etibarən televiziya sektorunda meydana gələn
productionlar həm zəngin ssenarisi ilə həm də serialların texniki
keyfiyyətləri ilə xarici ölkələrlə rəqabətə girə bilir.
Türk serialları 54 ölkəyə ixrac edilir
Səviyyəli işləri ilə beynəlxalq bazarda ön plana çıxan Türkiyənin
serial sektoru bu gün Ortaşərqdən Balkanlara, Orta Asiyadan Cənubi
Amerikaya qədər bir çox ölkələrdə yayımlanır. 2013-cü ildə ilk dəfə
türk serialları Ukrayna, Pakistan, Rusiya və Çin bazarına daxil ola
bilib.
Dünyada ən çox baxılan və diqqət cəlb edənlər arasında “Muhtəşəm
Yüzyıl, “Fatmagülün suçu nə” “Adını Feriha Koydum” və “Aşk-ı Memnu”
kimi seriallar yer alır. Dünyada ən çox izlənilən seriallar arasına
daxil olan “Gümüş” serialının finalına sadəcə Orta Şərqdə 84 milyon
insan baxıb.
Bu gün xaricə satılan serialların hər bölümü üçün 500-200
000 dollar pul istənilir
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatlarına görə,
beynəlxalq bazara çıxdığı ilk günlərdə hər bölüm üçün 35-50 dollar
pul alınırdı. Lakin bu gün xaricə satılan serialların hər bölümü
üçün 500-200 000 dolar pul istənilir. 2013-cü ilin sonuna qədər
Türkiyənin illik serial ixracatı ümumilikdə 150 milyon dolları
keçib.
Türk seriallarının yayımlandığı ölkələr:
Əfqanıstan, Almaniya, Albaniya, Avstriya, Azərbaycan, Birləşmiş
Ərəb Əmirlikləri, Bəhreyn, Bosniya və Herseqovina, Bruney,
Bolqarıstan, Əl-Cəzair, , Çexiya, Çin, İndoneziya, Estoniya,
Morokko, Gürcüstan, Xorvatiya, İraq, İran, İsveç, İsveçrə,
Yaponiya, Çernoqoriya, Qətər, Qazaxıstan, Cənubi Koreya, Kosovo,
Küveyt, Latviya, Libya, Litva, Livan, Macarıstan, Makedoniya,
Malayziya, Misir, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya,
Slovakiya, Sloveniya, Suriya, Tayland, Tayvan, Tunis, Ukrayna,
Oman, İordaniya, Vyetnam, Yəmən, Yunanıstan
Xaricdə yayımlanan seriallar:
“Adını Feriha Koydum, Annem, Arka Sokaklar, Asi, Aşk-ı Memnu, Azad,
Benden Baba Olmaz, Berivan, Bir Bulut Olsam, Bütün Çocuklarım,
Candan Öte, Çemberimde Gül Oya, Düğün Şarkıcısı, Elveda Derken,
Fatmagülün Suçu Ne, Fırtına, Gece Gündüz, Genco, Geniş Zamanlar,
Gümüş, Hanımın Çiftliği, Haziran Gecesi, Ihlamurlar Altında, İki
Aile, Kampusistan, Kavak Yelleri, Kaybolan Yıllar, Keşanlı Ali
Destanı, Kınalı Kar, Kod Adı, Kurtlar Vadisi, Kuzey Güney, Küçük
Kadınlar, Küçük Sırlar, Menekşe ile Halil, Muhteşem Yüzyıl, Öyle
Bir Geçer Zaman Kİ, Sağır Oda, Sonbahar, Türkan, Unutabilsem,
Vazgeç Gönlüm, Yaprak Dökümü, Yılan Hikayesi, Yol Arkadaşım, Zoraki
Koca”.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər