Azərbaycanın "Sonuncu" bədii filmi Kann festivalında nümayiş olunub. Bu barədə Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir.
Azərbaycanın "Sonuncu" bədii filmi Kann festivalında
nümayiş olunub. Bu barədə Publika.az Mədəniyyət və Turizm
Nazirliyinə istinadən məlumat verir.
May ayının 14-dən 25-dək 67-ci Kann Beynəlxalq Kinofestivalı
keçirilir. Dünyanın ən mötəbər kino tədbirində artıq dördüncü ildir
ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş
Azərbaycan pavilyonu fəaliyyət göstərir. Milli filmlərimizin
nümayiş olunduğu pavilyonda prodüserlər, rejissorlar, aktyorlar və
xarici kino adamları ilə görüşlər keçirilir, birgə layihələr
müzakirə olunur. Ölkəmizin turizm imkanlarını təbliğ edən çap və
video materiallar ziyarətçilərə nümayiş etdirilir.
Mayın 23-də Festivallar sarayının Debüssi zalında, Azərbaycan
kinosu tarixində ilk dəfə olaraq Kann festivalının əsas
müsabiqələrindən olan "Qısa metr" proqramına daxil olub, dövlət
sifarişi ilə "Azərbaycanfilm" kinostudiyası və "Buta films"
şirkətinin birgə çəkdikləri "Sonuncu" bədii filminin nümayişi
olub.
Ümumilikdə doqquz filmin daxil olduğu "Qısa metr" müsabiqə
proqramının beş filmi bu gün nümayiş etdirilib və Azərbaycan filmi
sonda - beşinci film olaraq tamaşaçılara təqdim olunub. Filmlər
arasında izləyicilərin ən çox alqışlarını da məhz "Sonuncu" filmi
qazanıb.
Nümayişdən sonra filmlərin rejissorları səhnəyə dəvət olunub, dünya
şöhrətli İran kinorejissoru Abbas Kiarostami başda olmaqla
münsiflər heyəti tamaşaçılara təqdim edilib.
"Sonuncu" filmi hazırda Festivallar sarayının Debüssi zalında
yenidən nümayiş olunur.
Müsabiqənin nəticələri isə mayın 24-də festivalın bağlanış
mərasimində məlum olacaq.
Qeyd edək ki, "Sonuncu" filminin rejissoru Sergey Pikalov, ssenari
müəllifləri S.Pikalov və Aleksandr Krasavin, prodüserləri Mariya
İvanova, Nəsib Priyev və Müşfiq Hətəmovdur. Filmdə İdris Rüstəmov
və Corc Qafarov kimi aktyorlar çəkiliblər.
|
|