Ebru Gündəş azərbaycanlı ərini geridə buraxdı – FOTOSESSİYA
Bizi izləyin

Tabloid.az

Ebru Gündəş azərbaycanlı ərini geridə buraxdı – FOTOSESSİYA

Ebru Gündəş keçən il 898 min,324 lirə gəlir vergisi ödəyərək “kəsirin 15%-ni bağladım” deyən əri Rza Zərrabı keçib.

Publika.az xəbər verir ki, Ebru Gündəş 2013-cü ildə verdiyi konsertlər və münsif olduğu “O Səs Türkiyə” kimi yarışmalardan əldə etdiyi gəlirdən 898 min, 324 lirə (338 min ,488 manat – red) vergi verib.Ebru Gündəşin nə qədər vergi ödədiyi İstanbul Vergi Müfəttişliyinin 2013-cü ilə görə ən çox vergi ödəyən müğənnilər siyahısında ortaya çıxıb.

İstanbul Vergi Müfəttişliyi İstanbul daxilindəki müğənni, həkim və vəkillərdən ibarət 25 nəfərlik vergi rekordçusunun siyahısını internet saytında yayımlayıb. Bu siyahıya görə “Ebru Gündəş Zərrab” adlı vergi ödəyicisi siyahıda 13-cü yerdə qərarlaşıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm