Tabloid.az
Rəşid Behbudovun vəfatından 25 il ötür
Bu gün SSRİ Xalq artisti Rəşid Behbudovun vəfat
ildönümüdür.
Görkəmli müğənni, ictimai xadim, vətənpərvər Rəşid Behbudovun
əziz xatirəsi xalqın qəlbində həmişə yaşayır. Əslən Şuşadan olan
sənətkar 1915-ci ildə Tiflisdə, vaxtilə bütün şərqdə tanınan
xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. İfaçılığa
1930-cu ildən Tiflisdə başlayan korifey Azərbaycan Dövlət
Filarmoniyasının, Opera və Balet teatrının solisti, dövlət konsert
ansamblının təşkilatçısı və rəhbəri olub.
1966-cı ildə isə o, musiqi və estrada sənətinin balet, pantomima
kimi müxtəlif janrlarını özündə birləşdirən mahnı teatrını təşkil
edərək, oranın solisti və bədii rəhbəri olub. Səhnədə olduğu 55 il
ərzində Rəşid Behbudov dünyanın 100 dən çox ölkəsinə səfər edib.
Dövrünün Stalin, Mao Dze Dun, Cavaxrlal Neru, İndira Qandi,
Suleyman Dəmrəl, Brejnev kimi məşhur siyasi-ictimai xadimləri
Behbudovun səsini dinləmək üçün onun konsertlərinə gəlib. Korifey
həm də milli kinomuzda yaratdığı bənzərsiz rollarla da yadda
qalıb.
Qeyd edək ki, Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva
şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO