• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Türk müğənnisi Bakıda konsert verəcək – FOTOLAR

Türk müğənnisi Bakıda konsert verəcək – FOTOLAR

Azərbaycanda fəaliyyət göstərən tanınmış türk opera ifaçısı Oya Ergün Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda konsert verəcək. Müğənnini konsertdə pianoda onunla Hollandiyada təhsil almış, hazırda Amerikada yaşayan dünyaca məşhur orqanist Cəmilə Cavadova-Spitsberq müşayiət edəcək.

Bu barədə Publika.az-a Oya Ergün məlumat verib. Konsert avqustun 2-də Alman-Azərbaycan mədəniyyət birliyi “Kapelhaus”da baş tutacaq.

Onu da deyək ki, “Barok Arialar Axşamı“ adı altında keçirilən konsertdə Monteverdi, Caccini, Scarlatti, Cesti, Bach, Handel, Caldanra, Gluckin kimi məşhur bəstəkarların musiqiləri ifa olunacaq.

İfaçı konserti zamanı özü də müxtəlif alətlərdə ifa edəcək.

Qeyd edək ki, konsertdə Türkiyənin Azərbaycan səfiri Alper Coşkun və digər ictimai xadimlər iştirak edəcəklər.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR