Tabloid.az
Azərbaycanlı müğənninin Qazaxıstan uğuru – FOTOLAR
Opera və Balet Teatrının solisti Vüsalə Musayeva Qazaxıstanın Astana şəhərində keçirilən “Astana keştəri” (“Astana axşamları”) festivalından qayıdıb. Bu barədə o, Publika.az-a açıqlamasında bildirib. Artıq ikinci dəfədir keçirilən festivala dünyanın bir çox ölkələrindən məşhur musiqiçilər qatılıb.
Xanəndə festivalın açılış mərasimində təşkil edilən konsert proqramında çıxış edib. Onu əməkdar artist Elşən Mansurov və Malik Mansurovun rəhbərlik etdiyi ansambl müşayiət edib: ““Astana keştəri” bizim Qəbələ festivalına oxşayır. Festivala fəxri qonaq kimi dəvət olunmuşduq. Çıxışımız Qazaxıstanın modern üslubda olan Opera və Balet Teatrında oldu. Əvvəlcə mən, Elnur Zeynalov və Məryəm Şabanova birgə “Bayatı-Şiraz” muğamını təqdim etdik. Sonra ayrı-ayrılıqda öz solo ifamızı səsləndirdik. Mən ifama “Şur” təsnifi ilə başladım, muğamla davam etdim və korifey sənətkarımız Rübabə Muradovanın repertuarından olan “Heydərbabaya salam” mahnısını ifa etdim. Çıxışımız alqışlarla və rəğbətlə qarşılandı”.
Cəvahir Səlimqızı
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu
-
Sosial00:45
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: ciddi məsələlərə toxunmaq olar
-
Magazin200:15
“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO