Tabloid.az
Nizami rayon gəncləri bayram tədbiri keçiriblər
Nizami rayonu İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Xəmsə restoranında 2 fevral - Gənclər Günü münasibəti ilə bayram şənliyi keçirilib.
Tədbiri giriş sözü ilə açan Nizami rayon Ağsaqqallar Şurasının
sədri Mail Əliyev qeyd edib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra Azərbaycan gəncliyi yeni və müasir inkişaf
mərhələsinə qədəm qoydu: "Bu gün Azərbaycan gəncliyi inkişaf və
tərəqqi etməklə yanaşı, həm də Ümummilli Lider Heydər Əliyevin
müəyyənləşdirdiyi gənclər siyasətini uğurla davam etdirirllər.
Əlbəttə ki, bu gün Onun yolunun layiqli davamçısı Cənab Prezident
İlham Əliyev praqmatik siyasəti nəticəsində bu gün Azərbaycan
gəncliyi nəinki ölkənin inkişaf etdirilməsi prosesində iştirak
edir, həmçinin, xarici dövlətlərdə doğma məmləkətimizin maraqlarını
müdafiə edirlər".
Daha sonra tədbirdə çıxış edən Nizami rayon Gənclər və İdman
İdarəsinin rəisi Elşən Mirzəyev xatırladıb ki, Ümummilli lider
Heydər Əliyevin qərarı ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi
yaradılıb: "Eyni zamanda 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan
gənclərinin ilk forumu keçirilib. 1997-ci il fevralın 2-dən isə
Azərbaycan gəncləri hər il bu günü təntənəli şəkildə bayram kimi
qeyd edir. Əlbəttə ki, bütün bunlar İlham Əliyev cənabları
tərəfindən Azərbaycanda gənclərinə göstərilən diqqət və qayğının
nəticəsidir. Əbəs yerə deyil ki, bu gün Nizami rayonu gəncləri
beynəlxalq yarışlarda yüksək nəticələr göstərərək, Azərbaycan
bayrağını ucaldaraq onu dalğalandırırlar. Bu artıq bir ənənə
şəklini almağa başlayıb".
YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov isə öz
növbəsində vurğulayıb ki, Nizami rayon gəncləri sosial-intellektual
sahədə əhəmiyyətli nailiyyətlər əldə etməklə yanaşı, ölkənin
ictimai-siyasi proseslərində də aktiv iştirak edir və öz töhfəsini
verirlər: "Azərbaycanda keçirilmiş son prezident seçkilərində
gənclərin xüsusi fəallıq göstərməsi onların dövlətə və xalqa olan
sədaqətini isbatlamış oldu. Bu sırada YAP Nizami rayon gənclərinin
xüsusi əməyini qeyd etmək lazımdır".
Daha sonra göstərdikləri fəallıqlara və nailiyyətlərinə görə bir
qrup gənc fəxri fərman və diplomlarla təltif edildi, eyni zamanda
partiya sıralarına yeni qoşulmuş gənclərə vəsiqələr təqdim
olunub.
Tədbir bədii hissə ilə davam etdirilib.
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova