Tabloid.az
Kişini qadından nələr soyudur? - SƏBƏBLƏR
Hər şey yaxşı idi: sevgi dolu
günlər, məhrəm gecələr, odlu sözlər, baxışlar. «Səninlə
dünyanın
sonuna da gedərəm» kəlmələri. Düz 2 il… yox 5 il… azı-çoxu 5 il
yarım belə davam etdi və bitdi.
Məhəbbət söndü? Hisslər soyudu? Sən adiləşdin? Yoxsa, o, dəyişdi?
Bir sözlə, kişi səndən
soyudu. Onu əvvəlki halına qaytarmaq çətindir, bəlkə də mümkün
deyil. Amma onu heç kimə
asanlıqla güzəştə getmək fikrin də yoxdur. Kişi sənindir, onu
əlində saxlamağı da bacarmalısan.
Bəs görəsən bunun
səbəbi nədir?
Publika.az xarici mətbuata istinadən kişini qadından soyudan
amilləri və onların qarşısını almağın yollarını təqdim
edir:
Boş vaxtınızı hədər yerə keçirirsiz:
Təzə tanış olduğunuz zamanları xatırlayın. Sən boş vaxt axtarırdın
ki, sevdiyinlə birgə zaman keçirəsən, gəzməyə çıxasan.
Dəridən-qabıqdan çıxırdın ki, onun hobbisini bölüşəsən. Xoşladığı
musiqilərə birgə qulaq asmaq, futbola getmək, xoşladığı restoranda
nahar etmək... O da səninlə birgə kosmetika mağazalarını gəzər,
sənə hər ay yeni ətir alardı.
Bəs indi? Sən səhərdən axşama kimi ev işləri görür, ya da işdən
gələn kimi hamama girib, saatlarla çıxmırsan. Sənin kosmetikanın,
duş gellərinin əlindən güzgünün qabağında yer yoxdur. Axşam ərinin
harada olmağı səni maraqlandırmır: o, ya dostları ilə çayxanada
domino oynayır, ya da pivə içir. İndi o, futbola da, kabab yeməyə
də sənsiz gedir. Çünki bilir ki, sənin vaxtın və həvəsin olmayacaq.
Gecə televizorda kinoya baxır, sənsə telefonda «çənə döyürsən».
Baxmayaraq ki, siz birgə yaşayırsız, əslində, ayrı-ayrı
aləmlərdəsiz. Getdikcə yadlaşırsız. Sən onun həyatından çıxırsan.
Sənə elə gələ bilər ki, o, bu gün dostları ilə vaxt öldürür. Amma
kişiyə hər şeydən əvvəl qadın lazımdır və həmin qadın nə vaxtsa
gəlib onu tapacaq. Onda çox gec olacaq.
Hərəkətə keç:
Başa düşürük ki, ömrü boyu kişinin arzuları ilə oturub-durmaq və
onun yarı olmaq çətin məsələdir. Amma soyuyan münasibətləri isitmək
üçün heç olmasa ildə bir dəfə təzə tanış olduğunuz günlərə qayıtmaq
məsləhətdir. Nə olsun ki, illər keçib? Günü bu gün taktikanızı
qurun: axşamlar onunla qəhvə və ya çay içə-içə söhbət etməli, səhər
ona üz qırxmaqda kömək etməli, bazar günü birgə nahar və ya balıq
kababı yeməyə getməli, işdən yorğun gəlibsə, onu yüngülcə masaj
etməli, ona kiçik hədiyyələr almalı, sevdiyi filmin diskini alıb,
birgə baxmalı və s. Özünüz də görəcəksiz, onun sizə baxışları və
münasibəti necə dəyişəcək... Onun özünə inamı artacaq və bir daha
əmin olacaq ki, hələ hər şey bitməyib. Siz elə əvvəlki istiqanlı,
düşüncəli və mehriban qadınsız. Əgər qəflətən dəyişməyinizin
səbəbini soruşsa, deyin ki, onsuz da iş sizi bir-birinizdən ayırır.
Bundan sonra qalan boş vaxtınızı ona həsr etmək
fikrindəsiz.
Vəziyyətlə barışmaq:
Bu vəziyyət bizim qadınların, özü də ağıllı və müdrik xanımların
üzləşdiyi haldır. Onlar sevdikləri, ailə qurduqları insanı bütün
çatışmazlıqları ilə qəbul edib, taleləri ilə barışırlar. Elə
bilirlər ki, kişinin xasiyyətini dəyişmək olmaz, ya da artıq
gecdir. “Kişinin qıcıqlandırıcı hərəkət və sözlərinə dözmək, bütün
günü mübahisə etməkdən yaxşıdır”, deyə fikirləşən qadınlar, bütün
acılarını, narazılığını içində boğur. Belə qadınlar gündən-günə
solur, baxmayaraq ki, evdə sakitçilik hökm sürür. İçində özünü
didib parçalayır, ya da arzuladığını başqa insanda axtarmağa
başlayır. Belə qadından kişilər gec də olsa, soyuyurlar.
Hərəkətə keç:
Bəsdir içinizə qapılıb, qaldınız. Açıq danışın, özünüzə qarşı
düzgün olun. İstənilən problemin həlli yolu var, əgər siz onu
bölüşsəniz. Məsələn: bir qadın ərinin hər gün ayaqlarını yumadan
yatağa girməsinə görə narahat olur, qıcıqlanırdı. Təzə ailə quranda
etiraz etməyə utanır, sonra isə buna alışmağa qərar verir. Hər dəfə
yatağa girəndə narahat olan qadın üzünü divara çevirməyə və
çarpayının yanına ətirli pambıq qoymağa adət edir. Sonradan isə
daha qorxulu vəziyyət baş verir: qadın uşağı bəhanə gətirərək,
yatağını ayırır. Nəticə: qadın ərindən, ər isə qadınından soyuyur.
Və bir gün sirrin üstü açılır. Təsəvvür edin, yazıq kişi
heyrətindən donmuşdu.«Əgər sən
desəydin və şərait yaratsaydın, mən böyük məmnuniyyətlə hər gün
axşam ayaqlarımı yuyardım, hələ üstəlik ayaqlarıma ətirli krem də
çəkərdim». Sözünüzü vaxtında deyin, acığınızı, hirsinizi,
narazılığınızı içinizə salmayın.
Sükut
Yəqin ki, yadınızdadır: sevdiyinizlə, nişanlınızla saatlarla
telefonda danışardız: uşaqlığınızdan, hisslərinizdən, özünüzdən,
insanlardan, hər şeydən. O da yorulmadan sizə qulaq asardı. Sənə
elə gəlirdi ki, sən ondan heç nəyi gizlətməməlisən, çünki o, sənə
əzizdir. Kişilərin çoxu danışmağı
xoşlamasalar da, qulaq asmağa tənbəllik etmirlər. Amma indi…
Səhərdən axşama kimi ancaq bazar-dükandan, xərcdən-borcdan,
uşaqların məktəbindən, işdəki dedi-qodudan danışıb, qonşuların və
qohumların dalınca gileylənirsən. Sonra isə uzun bir sükut
başlayır. Hərə öz işi ilə məşğuldur, hər kəs öz fikrindədir. Sən
hər şeyin dərdini çəkirsən, bəs kişi? Kim zəmanət verə bilər ki, o,
ehtiraslı qadın arzusunda deyil?
Hərəkətə keç:
Danışmaq, danışmaq, yenə də danışmaq. Çox xahiş edirik, bunu
deyinməklə səhv salmayın. Keçmiş, gözəl günlərdə olduğu kimi,
təbiətdən, hisslərdən, sevgidən, ehtirasdan danışın. Özünüzdən
danışın, qonşuları, qohumları, qaynananı və baldızı, iş
yoldaşlarını bir kənara qoyun. Axşamlar kişini ürəksıxan sükutla
baş-başa buraxıb, mətbəxdə itməyin. Yoxsa bir gün gözünüzü açıb,
kişisiz qaldığınızı görəcəksiz.
Tənbəllik
Əsl sevgini öldürən tənbəllikdir. Hər bir insan onu çəkən,
maraqlandıran obyekti diqqət mərkəzində saxlayıb, onu əldə etməyə,
ona çatmağa çalışır. Fərq etməz: bu paltardır, ətirdir, şokoladdır
və ya kişi… İstəyinə çatandan sonra insan rahat nəfəs alır,
arxayınlaşır. «Onsuz da yanımdadır, hara qaçacaq?». Gəzməyə halım
yoxdur, danışmağa həvəsim yoxdur. Kişinin paltarlarını yudum,
yoruldum. Bircə axşam olsaydı, yatardım. Çox qadınlar əsl iş
vaxtının elə gecə
başladığını deyəsən, yavaş-yavaş unudurlar.
Hərəkətə keç:
Əgər sən görürsən ki, 2 həftədir ayaqlarını sürüyə-sürüyə mətbəxdən
yataq otağına keçib, çarpayıya yıxılırsan, 2 aydır ərinlə heç bir
kilomert də olsa qoşa yol getməmisən, deməli, kişinin əldən
çıxmağına çox az qalıb. Gündəlik iş planına gecə 1-dən sonra nə
etməli olduğunu da daxil etsən, pis olmaz. Onsuz da kişilər axşamkı
dadlı yeməyə, təmiz sürtülmüş qazanlara və nişastalı köynəyə görə
«çox sağ ol» demirlər. Çünki 80% kişilərin fikrincə, ona bəxş
olunmuş fantaziya dolu ehtiraslı gecənin yerini heç nə vermir. Əgər
«yataq tənbəlliyi»ni aşa bilsəniz, hesab edin, xilas
olundunuz.
Kişilərin dözə
bilmədiyi qadınlar:
Zəhlələri gedir, əgər qadın...
Özünü elə aparır ki, guya əlçatmazdır və seksdən xoşu
gəlmir;
Kişinin vücudunun dilini bilmirsə;
Yataqda kişinin hərəkətlərini idarə etməyə çalışırsa;
Öz bədənini sevib, qulluq etmirsə;
Öpüşməyi xoşlamırsa;
Kişini süni yollarla özünə bağlamağa can atırsa;
Özünü key kimi aparırsa;
Bütün günü pul dərdi çəkirsə;
Başqa kişiləri misal çəkib, nümunə göstərirsə;
Alt və gecə paltarına fikir vermirsə, əlinə keçəni alıb,
geyinirsə;
Adamı sona qədər dinləməyi bacarmırsa;
Öz istədiyi yeməyi hazırlayıb, kişinin fikrini nəzərə
almırsa;
Qadının öz marağı, hobbisi, sənəti yoxdursa;
Kişini istəmədiyi bir hərəkətə məcbur edirsə;
Qadın kişini bir sözündən başa düşmürsə;
Öz mənliyini, şəxsiyyətini alçaldırsa;
Boş-boş şeylərdən ötrü ağlayırsa;
Özündən başqa hamını günahlandırırsa.
Ailem.az
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu
-
Sosial00:45
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: ciddi məsələlərə toxunmaq olar
-
Magazin200:15
“Avroviziya-2024”ün ikinci yarımfinalı başladı - CANLI