Tabloid.az
III Bakı Beynəlxalq Teatr Konfransı başa çatdı
III Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 6-da işini başa çatdırıb.
Publika.az-ın məlumatına görə, konfransın sonuncu günü plenar iclaslara Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, teatr tənqidçisi, “Peterburq teatr jurnalı”nın baş redaktoru Marina Dmitrevskaya, teatr tənqidçisi, sənətşünaslıq namizədi Aydın Talıbzadə, Hindistan Beynəlxalq Uşaq Teatrları Festivalının direktoru Ayşa Rau moderatorluq edib.
Gün ərzində “İran ənənəvi teatrı: təziyələrdə rəng və hərəkətin
rəmzi rolu”, “Multikulturalizm – universal dəyərlər sistemində
teatrın yeri”, “XXI əsrin teatrında söz əməl kimi”, “Qloballaşmış
dünyada teatr”, “Multikulturalizm İtaliyada” və digər mövzularda
məruzələr dinlənilib.
III Bakı Beynəlxalq Teatr Konfransına yekun vuran mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev iki gün ərzində aparılan
müzakirələrin əhəmiyyətindən, eləcə də Azərbaycan teatrının inkişaf
yolundan söz açıb.
Vurğulanıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən
irimiqyaslı layihələr ölkə mədəniyyətinin inkişafına və dünyada
təbliğinə əvəzsiz töhfələr verməkdədir.
Nazir müavini onu da qeyd edib ki, teatrın inkişafı üçün bu sənətə
böyük sevgi olmalıdır: “Bu sevgi insanın daxilindən gəlməlidir. Bu
zalda oturan, eləcə də mədəniyyətə xidmət edən minlərlə insan yer
üzündə sülhün, bərabərliyin, əmin-amanlığın elçiləridir. Gəlin
birlikdə dilimizdən, dinimizdən asılı olmayaraq bu missiyanı böyük
sevgi ilə yerinə yetirək”.
Qeyd edək ki, növbəti IV Bakı Beynəlxalq Teatr Konfransı gələn il
keçiriləcək.
Cəvahir
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada