Tabloid.az
Əməkdar artist: “Keçmiş həyat yoldaşım ailəlidir”
Əməkdar artist Hüsniyyə Mürvətova keçmiş həyat yoldaşından danışıb.
Aktrisa Publika.az-a açıqlamasında bildirib ki, onun övladının atası ilə barışaraq yenidən bir araya gəlməsi mümkün deyil: “Çünki o insan artıq ailə qurub”.
Qeyd edək ki, aktrisanın bir neçə gün öncə “Onlar” verilişinə
keçmiş həyat yoldaşı ilə bağlı açıqlaması böyük marağa səbəb
olmuşdu:
“2006-cı ildən ayrılmışıq. Əslində sevib ailə qurmuşduq.
Düşünmürdüm ki, nə vaxtsa boşanarıq. Sadəcə, həyatdır, qismətdir.
Onun xoşbəxtliyi üçün ayrıldım. O, boşanmağımızı istəmirdi. Evin
tək oğlu idi, ata-anası ilə yaşamaq istəyirdi. Bizim xasiyyətimiz
tutmurdu. İndi bədbəxt deyiləm. Hər bir qadın arzulayır ki,
arxasında dayağı olsun. Nə vaxtsa qarşıma biri çıxacaq. Orxana həm
analıq, həm də atalıq edirəm. Futbolçu olmaq istəyir, məşq edir.
Onu atasından, babasından ayırmamışam. Lazım olanda gəlirlər,
axtarırlar. Babası çox yaxşı insandır”.
H.Mürvətova əməkdaşımızın “evli olmasaydı, mümkün idimi” sualına
isə belə cavab verib:
“Bu haqda danışaq istəmirəm. Özü də mən efirdə deməmişəm ki, ərə
getmək istəyirəm. Dedim ki, bəlkə də, nə vaxtsa qarşıma insan
çıxacaq və ailə quracağam. Bu, düzgün deyil axı”.
İntiqam VALEHOĞLU
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."