• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tanınmış aktyor acınacaqlı durumda - FOTOLAR

Tanınmış aktyor acınacaqlı durumda - FOTOLAR

Çox vaxt aktyorlar deyirlər ki, seçdikləri peşə çox vəfasızdır. Çünki şöhrət insanı tərk etdisə, heç nəyə, heç kimə lazım olmursan.

Türkiyədə “Yeşilçam” dönəminin ən tanınmış aktyorlarından olan “Ustura Kamal” ləqəbli aktyor Niyazi Taligaci məhz belə aktyorlardandır.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, öz dövrünün ən şöhrətli aktyorlarından olan 77 yaşlı aktyor Niyazi Taligacı hazırda həyatının çətin günlərini yaşayır. Sən demə, bir zamanlar milyonların pərəstiş etdiyi bu aktyor Ədirnədə səyyar avtomobillə şirin çörək sataraq dolanırmış.

Türkiyəli həmkarlarımız aktyorla iş başında görüşüblər. Kinoya 1967-ci ildə gələn və 50-dən artıq filmdə yaddaqalan rollar oynayan aktyor indi təkbaşına kirayədə yaşadığını deyib. “Ustura Kamal” kinoya gəlişini belə xatırlayıb:


“1955-ci ildə İstanbula getdim və rejissor Çətin İnaçla tanış oldum. Türk kinosu çox vəfasızdır. Bir çox sənət yoldaşlarım mənim kimi çətin şərtlər altında yaşayıb, həyata vida etdilər”.

“Ustura Kamal” deyib ki, dövlətin verdiyi təqaüdlə dolana bilmədiyi üçün şirin çörək satmağa başlayıb. Ardınca isə çəkildiyi filmlərdən danışıb:


“1960-cı illərdə başladığım kino işində Efkan Efekan ilə birlikdə “Çiğdemin göz yaşları” adlı filmdə oynadım. Ardınca “Bahtı karalı yarim”, “Ölümə son addım” , “Vəhşi Qan”, “Çöl”, “Ölüm Treni”, “Silahlar və Donatlar” və adı yadımda qalmayan bir çox filmlərdə rol aldım. Bütün rollarım mənfi idi. “Yeşilçam” da baş rollarını Cüneyt Arkının oynadığı filmlərdə “Ustura Kamal” ləqəbiylə tanındım. Cüneyt Arkının baş rolda çəkildiyi “Ölüm treni” filmini çəkərkən rejissorumuz Çətin İnaç dedi ki, sən saçlarını ülgüclə qırxdırıb “Ustura Kamal” olacaqsan. Məşhur olmağın üçün bunu etməlisən. Ondan sonra oynadığım filmlərdə adım “Ustura Kamal” olaraq qaldı".

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR