“Nabat” Azərbaycana üç mükafat gətirdi
Bizi izləyin

Tabloid.az

“Nabat” Azərbaycana üç mükafat gətirdi

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nabat” bədii filmi 63-cü Mannheym-Heydelberq Beynəlxalq film festivalında (International Filmfestival Mannheim-Heidelberg) üç mükafata layiq görülüb.


“Azərbaycanfilm” kinostudiyasından Publika.az-a bildirilib ki, müsabiqənin müstəqil beynəlxalq münsiflər heyətinin rəyinə əsasən, filmimizə insan əzmliliyinin hekayəsini təsirli və ümumdünyəvi şəkildə əks etdirən ən yaxşı ekran əsəri kimi Mannheym-Heydelberq Beynəlxalq film festivalının “Mannheym-Heydelberq mükafatı” (Mannheim-Heidelberg Award) verilib. Bu festivalın üç əsas mükafatından biridir.


“Nabat” bədii filmi həmçinin festivalın nüfuzlu “Beynəlxalq kinotənqidçilər mükafatı”na (International Film Critics’ Prize) layiq görülüb. Münsiflər heyətinin rəsmi rəyinə görə, bu mükafat rejissorun müharibə zamanı yaşlı qadının sədaqətli, mərhəmətli və təkbaşına müqavimətini xüsusi şəkildə göstərməklə yanaşı, həm də film dilinin təkrarolunmaz üslubundan istifadə etdiyi üçün verilib.


Bu mükafatlarla yanaşı, filmimizə Fransa, Almaniya, İsveç və Avstriyadan olan münsiflər heyətinin rəyinə əsasən “Ecumenical Jury Award”a təqim olunub.


Mükafatların təqdimolunma mərasimində filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu iştirak edib.


Qeyd edək ki, 2014-ci ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.


Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm