“Qarabağın səsi” layihəsi üzə çıxdı – FOTO
Bizi izləyin

Tabloid.az

“Qarabağın səsi” layihəsi üzə çıxdı – FOTO

Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Qarabağın səsi” layihəsi təqdim olunub.

Publika.az-ın məlumatına görə, musiqi albomundakı kompozisiyalar Azərbaycanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocəvənd, Xocalı, Zəngilan, Şuşa, Xankəndi, Kəlbəcər, Füzuli, Ağdam, Laçın, Cəbrayıl və Qubadlı bölgələrinə həsr olunur. Kompozisiyaların müəllifi əməkdar artist Rain Sultanovdur.


Layihənin reallaşmasında xalq artisti Alim Qasımov, əməkdar artistlər Yasəf Eyvazov və Şahin Növrəsli, İsveç Dövlət Kamera Orkestrinin üzvü Linnea Olson, İsveç, Yaponiya və Gürcüstan musiqiçilərindən Peter Nilson, Yasuhito Mori və İrakli Koiava iştirak ediblər.


Layihə çərçivəsində “Qarabağın səsi” musiqi albomuna daxil olan kataloq da nəşr olunub. Kataloqda Böyük Britaniyadan olan jurnalist İan Peartın Qarabağın Azərbaycanın tarixi və mədəniyyətində özünəməxsus yerinə dair fikirləri əksini tapıb. Nəşr Azərbaycan, ingilis, rus və ispan dillərində işıq üzü görüb.


Daha sonra layihə haqqında film nümayiş olunub.

Təqdimat mərasimində yerli və xarici musiqiçilər alboma daxil olan “Xocavənd”, “Xocalı”, “Zəngilan”, “Şuşa”, “Xankəndi”, “Kəlbəcər”, “Füzuli”, “Ağdam”, “Laçın”, “Cəbrayıl”, “Qubadlı” kompozisiyalarını ifa ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm