Əli Mirəliyevin “sevgilisi”: “Subay qadınam, özüm bilərəm” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Əli Mirəliyevin “sevgilisi”: “Subay qadınam, özüm bilərəm” – FOTOLAR

Tanınmış müğənni Əli Mirəliyevlə fotoları yayılan Sevinc Şuşalı Publika.az-a danışıb.

Sənətçi Mirəliyevlə sevgi münasibətlərinin olduğunu nə təsdiq, nə də təkzib edib. Əvvəlcə “Əli Mirəliyevlə dostuq” deyən Şuşalı sonradan fikrini belə davam etdirib:

“Sevgiliyiksə də, kimə nə? Məgər mən sevgi həyatı yaşaya bilmərəm? Mənim də buna haqqım var”.

S.Şuşalı bildirib ki, subay qadındır və sevgilisi ola bilər:

“Hər kəs yüz oyundan çıxır, söz etmirlər. Mən subay qadınam. Həyatımda məni sevən birinin olmağına ehtiyacım var. Əgər sevgilim olsa da, kimdənsə çəkinəcəyim yoxdur. Məsələni bu qədər şişirtməyə səbəb görmürəm. Şəkillərdəki bir-birimizə olan həmkar və dost münasibətidir”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm