Әbülfəs Qarayev ilin yekunlarını qiymətləndirdi
Bizi izləyin

Tabloid.az

Әbülfəs Qarayev ilin yekunlarını qiymətləndirdi

“Turizm xidmətlərinin inkişafına daha çox diqqət yetirməliyik”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bu gün 2014-cü ilin yekunlarına həsr olunan kollegiya iclasında çıxış edərkən bildirib.

Nazirin sözlərinə görə 2014-cü il abidələrin qorunması baxımından xüsusi bir il oldu: “Aparılan islahatlar nazirliyin nəzdində yeni yaradılan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin işini daha da gücləndirəcək. Biz artıq deyə bilmərik ki, hansısa abidə pis gündədir. İndiyədək nazirlikdə abidələrin qorunması ilə məşğul olan ayrıca xidmət olmayıb. Bu xidmət bu istiqamətdə işlərin aparılmasında mühüm rol oynayacaq”.

Ә.Qarayev bu ilin yekunlarını çox müsbət dəyərləndirib: “Ölkə Prezidentinin sərəncamı ilə təsdiqlənən Mədəniyyət Konsepsiyası əsasında bir neçə yeni mühüm sənəd hazırlanıb. Bu yaxınlarda Xazmazda İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət və Turizm Şöbəsi üçün yeni bina tikilərək istifadəyə verilib. Yaxı olardı kı, şöbələr üçün bütün rayon və şəhərlərdə belə ayrıca binalar tikilsin. Bu, bizim fəaliyyətimizi daha da yaxşılaşdırar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm