• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Pişik” Günelin görünMƏMƏLİ yeri, Rəqsanənin qızı, qaşsız kişi müğənnilər və… HƏFTƏBECƏR

“Pişik” Günelin görünMƏMƏLİ yeri, Rəqsanənin qızı, qaşsız kişi müğənnilər və… HƏFTƏBECƏR

Həftənin birinci günü və 13-cü “Həftəbecər”… Bəlkə, heç yazmayım? Birdən düşər-düşməzi olar. Siz nə düşünürsünüz bu barədə? Amma deyim ki, yarıkönül yazsam da, bu həftə də xeyli maraqlı şou-biznes söz-söhbətləri, dava-dalaşları, atışmaları, tutuşmaları olub.

Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, repçi Elşad Xose haqda danışıb. Daha dəqiq desək, Elşad Xoseni gündəmə gətirib. Çünki Elşad Xosenin bir neçə ay öncə sosial şəbəkədə şəhidlərlə bağlı məlum “çıxışı” bu adamı mətbuat üçün bitirib.

Oksana deyib ki, Elşadı unuda bilmədiyimi deyənlər səhv edirlər. Onun Elşada qarşı olan hissləri tamamilə yox olub və bir də heç zaman onunla bərabər olmayacaq. Boşanmaların sayının artdığı vaxtda bu nə iş idi, başımıza gəldi? Sonra statistika komitəsi rəqəmləri açıqlayanda deyirik ki, vəziyyət şişirdilib. Elşadla Oksana ailə quranda verdikləri açıqlamalar şəxsən mənim yadımdadır. Hətta “uşaqlıq eləyib” həmin açıqlamalara inanmışdım da. Amma toylarında verdikləri açıqlamanı və rəhmətlik Hüseyn Dəryanın hələ o zamankı proqnozlarını bu fikirlərlə uzlaşdıranda hər şey aydın olur. Sitat:

“Başlanğıcda müəyyən “iz”lər olsa da, yavaş-yavaş aradan qalxır. Çünki artıq onu mənə, eləcə də məni ona bağlayan heç nə yoxdur ki, qəlbimdə öz təsirini buraxsın”…

Həftəyə damğasını vuran hadisələrdən biri də xalq artisti Rəmişlə bağlı oldu. Əvvəlcə saytlarda video yayıldı ki, məşhur gitaraçı Rusiyadakı bir toyda ermənicə mahnı oxuyub. Sonra sosial şəbəkələrdə gitaraçını qınadılar. Ardınca sənətkar bildirdi ki, mən erməni dilini bilmirəmsə, o dildə necə mahnı oxuya bilərəm? Mən isə deyirəm ki, olmayan dildə necə mahnı oxumaq olar?..

Elza Seyidcahan bu həftə də öz “ampluasında” idi. Amma bu dəfə ondan yazmaq fikrim yoxdur. Çünki bu adamı nə qədər tənqid edirsənsə, o qədər həvəslənir...

Yadınızdadırsa, “Pişik” Günel bir neçə həftə öncə jurnalistləri qınamışdı, sonra görünən yerində əməliyyat etdirdiyini bildirmişdi. Söhbətin mahiyyəti bundan ibarət idi ki, onun görünməyən yerlərinə istər qələmlə, istər klaviatura ilə müdaxilə etmək, o barədə yazıb-pozmaq qadağandır. Baxmayaraq ki, istər tamaşaçılar, istərsə də oxucular sənətçinin görünMƏMƏLİ yerlərini dəfələrlə saytlardan görüblər. Amma bu həftə yazmaq olar. Çünki söhbət sənətçinin görünən yerindən gedir. Belə ki, müğənni burnunu əməliyyat etdirib. Sitat:
“Üç həftədir burnumu əməliyyat etdirmişəm. Balaca idi, amma ana olduqdan sonra arıqlayıb 54 kiloqrama düşdüm, burnum uzun görünürdü. Bir az ucunda düzəliş etdirdim. Hələ üzüm şişdir, tam forması 2 aydan sonra bilinəcək. Son günlər evdən bayıra çıxmıram. Kökəlmişəm, çəkim 6 kiloqram artıb”...

Teleaparıcı Lətafət Ələkbərova isə son günlər Təranə-Nazənin davasının əsas mövzusu olan məsələdən danışıb. Axı bu iki sənətçinin də qırğını “kim kimin əriylə yatıb-durub, kimin neçə əri var” mövzusunda idi. Lətafət də eyni problemi yaşayıbmış. Dediyinə görə, keçmiş həyat yoldaşı ona xəyanət edib. Özü də gəlib “cinayətkarları” “hadisə yerində” yaxalayıb:


“Bəli, onları bir yerdə tutdum. Evə qayıdıb yoldaşımın çamadanlarını qapının ağzına qoydum. Əslində, verdiyim qərarı düzgün sayıram. Amma bəlkə də, uşağıma görə bir az səbir edib, göz yuma bilərdim. Ancaq düşünürəm ki, vaxtında ayrılmasaydım, indi daha pis ola bilərdi”...

Rəqsanə isə modelyer qızı Aysunu döyürmüş. Nə qonşusu deyib, nə yaxınları, özü şəxsən bu barədə danışıb. Deyib ki, Aysuna nəzarət edir, hətta lazım gələndə o boyda qızı döyür. Ananın qıza qarşı bu cür amansız davranışının isə bir səbəbi var. Rəqsanə istəyir ki, Aysunun hər addımı uğurlu və düzgün olsun:


“Hələ yaşı azdı, sənətiylə məşğul olur. Aysunu 25 yaşında ərə verəcəm, hər kəsə ailə lazımdır. Qadının nə qədər var-dövləti olsa da, başını çiyninə qoyacağı həyat yoldaşı axtarır. İstəyirəm ki, qızımın gözəl ailəsi olsun”.

Maraqlı məntiqdir. Sən demə, adam döyüləndə bütün addımları düzgün olurmuş.

Səhv etmirəmsə, bir neçə ay əvvəl Rəqsanə ərə getdiyini açıqlamışdı. İndi söhbəti “fırladır”. Deyir ki, sevdiyim insan var və hər zaman yanımdadır:


“Çox xoşbəxtəm. Ancaq hər şeyi öz pulumla edirəm. Heç vaxt kişinin puluna ehtiyacım olmayıb. Allaha şükür, özüm yaxşı qazanıram və qızlarımı saxlamaq üçün kifayət edir".
Daha bunun nəyi ər-arvadlıq oldu ki? Bu cür yaşayışa el arasında “nemetski şot” deyirlər...

Müğənni Elariz Məmmədoğlu isə ilin-günün bu vaxtında çox ibrətamiz bir açıqlama verib. Deyib ki, bir nəfərlə dörd min manata toy danışıb. Sonra başqası ona toyunda oxumaq üçün qırx min manat təklif edib. Amma söz verdiyi üçün qırx min manatdan imtina edib. Afərin! Əgər hadisə deyilən kimi baş veribsə...

Teleaparıcı Mikayıl Güləddinoğlu isə verilişini “Palatka toyu” adlandıranlara cavab verib. Deyib ki, onun verilişində nazlı kişi ola bilməz. Məgər “palatka”da nazlı kişi olmur ki? Sitat:

“Mənim verilişimdə nazlı kişi yoxdur ki, televiziyaya baxan uşaq efirə baxsın, olsun nazlı kişi. Mən efirdə kişi əqidəli proqram aparıram, baxsınlar. Verilişimdə qalmaqal, qulağı sırğalı filan şey... gədə yox, kişi var”.

Hər halda, bu da özünümüdafiənin bir metodudur. Razıyam ki, bu verilişdə qulağı sırğalı kişilər oxumur. Amma hər iki-üç efirdən bir başı “kraska”lı daydaylar o verilişdən babat toylar tuturlar...

Xalq artisti Habil Əliyevin oğlu Rəvan Habiloğlu da eyni mövzuya toxunub. Deyib ki, sırğa taxan oğlanlara mahnı verməmişəm, vermərəm də:

”Azərbaycanda oğlanların çoxu qaşını alır. Bu, biabırçılıqdır”...

Aparıcı Elnarə Təhməzova geyim zövqündən danışıb. Teleaparıcı deyib ki, geyiminə heç bir sərhəd qoymur. Bəli, düz oxudunuz, heç bir sərhəd. Özünün dediklərindən:


“Ziyafətə, toya dəbdəbəli libas geyinirəm. Əvvəllər klassik libaslara üstünlük verirdim: köynək, cins, pencək... İndi isə gündəlik həyatımda daha çox idman, yüngül stildə geyimləri seçirəm. Kompleksiz insanam. Adətən, makiyajsız gəzirəm. Hətta bəzən adi kremdən də istifadə etmirəm. Həftədə bir dəfə efirə çıxanda cüzi makiyaj edirəm. Saçlarım da düz olduğu üçün, çimib, qurudub elə o cür gəzirəm. Örtülü geyimləri xoşlamıram. Açıq-saçıq libasları sevirəm. Mənim qarderobumda sinəsi boğaza qədər qapalı libas yoxdur. Əgər uzun ətək geyinirəmsə, mütləq sinəm açıq olmalıdır. Yaxud, əgər bağlı koftadayamsa, mütləq qısa ətək, şortik geyinməliyəm. Ailəmdə geyimimə məhdudiyyət qoymurlar. Mən uşaq deyiləm. Məktəb vaxtları idi ki, valideynlər qarışırdılar, açıq geyimi qadağan edirdilər. İndi onların güvənini qazanmışam. İstədiyim kimi geyinirəm”.

Bu sitatı özünüz bildiyiniz kimi şərh edərsiniz...

Əməkdar artist Murad Dadaşov isə gözəl xanımlardan danışıb. Deyib ki, gözəl xanım görəndə əriyir. Deməli, Murad Dadaşov nə vaxt arıqlayırsa, bilin ki, onda gözəl xanımları tez-tez görür. Axır vaxtlar Murad Dadaşov arıqlamayıb ki? Xəbəri olan var?...

Yanvarın 8-də əfsanəvi aktrisa Leyla Bədirbəylinin doğum günü idi. Aktrisanın doğum günü ilə bağlı bir yazı yazmışdım. Sonradan həmin yazının başqa saytlarda da verildiyini görüncə, iranlılar demişkən, xoşhal oldum. Amma yazının altındakı bir şərh bütün sevincimi məhv etdi. Həmin şərh: ”Bu kimdir?”...

Azəri qızı Günellə bağlı bu həftə iki xəbərimiz olacaq. Xəbərlərdən biri konsertlə bağlıdır. Sənətçi deyib ki, hər dəfə konsert verəndə bir “əmma” çıxır, yaxud da ümumiyyətlə, heç kim yaxın durub kömək etmək istəmir. Kömək etmək istəyən də qarşılığında “nəsə” gözləyir:

“Əgər qarşılığında nəsə gözləyirsinizsə, bizdə o qarşılıq yoxdur. Deməli, bu sənətdə bir neçə nəfər ucbatından hamıya eyni nəzərlə baxırlar. Mənə də pis təkliflər ediblər. Hər dəfə buraya gələndə qulaqlarımı pis-pis xəbərlərə görə tıxayıram. Allah bizi yolumuzdan azdırmasın”.

Məncə, Günel digər məsələlərdə tam haqlıdır. Amma “bir neçə nəfərin ucbatından hamıya pis baxırlar” söhbəti kökündən yanlışdır. Çünki elə bu sənətdə normal ailəyə, davranışa, sənətə sahib olan cəmi bir neçə nəfər var...

Mətanət Əliverdiyeva şpaqat master klasslarının ardınca bu dəfə “Dəyişirəm” verilişində qonaq olan xanımla qol güləşdirib və Xorvatiyanın futbol millimizi udduğu hesabla - 6:0 qalib gəlib. Görək növbədə daha hansı performansdır...

Müğənni Zamiq Hüseynov ikinci dəfə ailə qurmaq istəyir. Amma “ilan vuran ala çatıdan qorxar” prinsipini əsas tutub hələ ki risk etmək istəmir...

Sosial şəbəkədə Telli Borçalının fan səhifəsini yaradıblar. Səhifə belə adlanır - “Telli Borçalını sevməyən 10 min kişi axtarılır”. Sənətkarın hörmətinə bax e. Nə dəxli var ki, sevən, ya sevməyən. Əsas odur ki, 10 min kişi axtarışdadır. Elə bəlkə də, mənim ötən həftələrdə verdiyim təkliflə bağlı olan axtarışdır. Amma mən olsaydım, səhifəni “On min “nervili” kişi axtarılır” adlandırardım. Yeri gəlmişkən, Telli xanım özü də məsələdən xəbərdardı. O da deyib ki, sevib-sevməməyin dəxli yoxdur, əsas odur ki, səhifə yaradılıb, xalq onu yad eləyir:
“Demək, Telli var ki, bunları yaradırlar. Məni sevənlərə və sevməyənlərə hörmətim var. Sənət dostlarım bu profili yarada bilər. Amma inanın, mən “Instagram”dan və “Facebook”dan istifadə eləmirəm. Balaca bir telefonum var, o da zəng gəlib-getməsi üçün işlədirəm. Nəyimə lazımdı “Instagram?” Şəkil qoyub, səs yığım. Orada məni bəyənib, sevmək istəyən kişi lazım deyil"...

Azəri qızı Güneldən ikinci xəbər isə şəxsi həyatıyla bağlıdır. Zaur Kamal verilişində qonaq olan müğənniyə sual verib ki, iki ildir ki, nişanlısan. Bəs niyə ortada heç nə yoxdur? O da bir az əsəbiləşib, deyib ki, mənə mahnılarımdan sual ver. Sonra lap əsəbiləşib deyib ki, niyə elə düşünürsən ki, ortada heç nə yoxdur? Elə qəşəng var ki. Bahooo... Ortada hər nə varsa, xeyirli olsun. Güneldən sitat:


“Toy olanda səni də çağıracam, aparıcılığını da sənə həvalə edəcəm. Hər şeyi gizli edirik”...

İndicə bir xəbər eşitdim. Amma qaldı gələn həftəyə. İstəsəniz, oxuyarsınız.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR