Tabloid.az
Sabah hamı özünü Vaqif Mustafazadəyə bənzədəcək
Martın 16-da Vaqif Mustafazadənin 75 illik yubileyi
münasibəti ilə İçərişəhərdə keçiriləcək “Vaqifsayağı” caz
festivalına hazırlıq işləri başa çatır.
Publika.az xəbər verir ki, festivalın təşkilatçısı Şakir
Eminbəylinin APA-ya verdiyi məlumata görə, tədbirdə həm
tamaşaçılara, həm də səhnədə çıxış edənlərə sürprizlər, hədiyyələr
olacaq: "Vaqif Mustafazadə etno cazın, Azərbaycan cazının banisi
idi, ona görə də bizim festival milli üslubda olacaq. Yerə xalça
salınacaq, tamaşaçılar yerdə oturacaqlar. Ortalıqda samovarlar
qoyulacaq, xonçalar düzüləcək. Düşünürük ki, sadə və mümkün qədər
xalqa yaxın olan tədbir keçirək. Arzu edirəm, bu festival davamlı
olsun və el bayramına çevrilsin. Vaqif özü bütün çərçivələrdən
uzaq, xalqa yaxın adam olub, ona görə onun ad günü məhz bu cür
olmalıdır. Festivalda istər tamaşaçılar, istər səhnədə çıxış
edənlər üçün sürprizlərimiz, hədiyyələrimiz olacaq. Məsələn,
iştirakçılar “Vaqifsayağı” geyinəcək, parik taxacaq, bığ
qoyacaqlar”.
O deyib ki, aparıcı Rahib Azəri Vaqif Mustafazadənin rolunu
oynayacaq, Vaqifin adından iştirakçıları salamlayacaq: “Festival
günü “İçərişəhər” metrosunda və "AZAL"ın mümkün reyslərində, bir
çox radiolarda ancaq Vaqif Mustafazadənin musiqiləri səslənəcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun rəhbərliyi sağ olsun,
festivalın keçirilməsi üçün bütün köməkliyi edirlər. Bu layihəni
həyata keçirmək çoxdankı fikrim idi. Bu ilə təsadüf etməsi həm də
Vaqif Mustafazadənin 75 illik yubileyi ilə bağlıdır. Festivalın
keçirilməsinə dəstək olan qurumların - “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğunun adını çəkməklə yanaşı, Mədəniyyət və
Turizm Nazirliyinin, xüsusən “Gilan Holdinq”in rolunu xüsusi qeyd
etmək istəyirəm ki, bizə bütün şəraiti yaradıblar".
Şakir Eminbəyli əlavə edib ki, festival Vaqif Mustafazadənin
məzarının və ev muzeyinin ziyarəti ilə başlayacaq: “İncəsənət
xadimləri ilə danışmışıq, nəqliyyat ayrılıb, arzu edənlərin hamısı
Vaqif Mustafazadənin məzarını və evini ziyarət edəcək, daha sonra
festivala start verəcəyik. Festival axşam saat 18:00-dək davam
edəcək. Tədbirdə Azərbaycanın ən məşhur caz ifaçıları çıxış
edəcəklər”.
Festivalın aparıcısı və təşkilatçılarından olan Rahib Azəri APA-ya
açıqlamasında qeyd edib ki, tədbirin davamlı olmasını arzu edir:
“Dünyada böyük musiqiçilərinin adı ilə bağlı festivallar olursa,
niyə bizdə də olmasın? Mən bu təşəbbüsü Vaqifsevər kimi müsbət
qarşıladım. Arzu edirəm, festival hər il keçirilsin. Təbii ki,
birinci festivalı təşkil etmək çox çətindir. İnşallah ikinci və
növbəti festivalları daha böyük miqyasda keçirə biləcəyik. İndiyə
qədər Vaqif Mustafazadənin xatirəsinə konsert keçirilsə də, bu
miqyasda festivalın olmağını xatırlamıram. Vaqif azad insan olub,
ona görə onun şərəfinə keçirilən tədbir məhz bu şəkildə olmalıdır.
Hətta istəyərdik ki, festivala gələn rəsmi şəxslər də qeyri-rəsmi
tərzdə olsunlar. İnsafən, belə insanları Bakı caz festivallarında
çox görmüşəm və istəyirəm ki, o xoş ənənə burda da davam
etsin".
R. Azəri V. Mustafazadə ilə bağlı xatirələrini də danışıb: "Mən
Vaqifi bir neçə dəfə görsəm də, şəxsi tanışlığımız olmayıb. O
dünyasını dəyişəndə birinci kursda təhsil alırdım. İçərişəhərdə
Vaqiflə dəfələrlə qarşılaşmışam. Amma aldığımız tərbiyə imkan
vermirdi ki, ona yaxınlaşaq. Biz utanırdıq. İndi təəssüflənirəm ki,
o vaxt ona yaxınlaşamağ ürək etməmişəm. Mücərrəd yaratdığımız
dünyada Vaqif mənim də, Şakir Eminbəylinin də ən yaxın dostudur.
Təxminən bir il əvvəldən bu layihə haqqında düşünürdük və inanıram
ki, festivalı layiqincə keçirib Vaqif Mustafazadənin qarşısında
olan vətəndaşlıq borcumuzu yerinə yetirəcəyik. Vaqif Mustafazadə
bizim adət etdiyimiz tarixlə 39 il yaşayıb. Amma onun özünün
tarixinə baxsaq, bəlkə 100 il yaşayıb. Çünki Vaqifin ölçü vahidi
tamam başqa olub”.
Qey edək ki, Vaqif Mustafazadənin ev-muzeyində qonaqlar nadir
eksponatlarla tanış olacaqlar. Festivalda caz ustaları Vaqif
Mustafazadənin ifa etdiyi mahnıların müəyyən hissəsini eyni tərzdə,
digər bir parçasını isə özünəməxsus şəkildə ifa edərək tamaşaçılara
təqdim edəcəklər.
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?