Məryəm Üzərlinin möhtəşəm dönüşü
Bizi izləyin

Tabloid.az

Məryəm Üzərlinin möhtəşəm dönüşü

Məryəm Türkiyədə keçiriləcək yarışmada münsiflər heyətində təmsil olunacaq

“Möhtəşəm yüz il” serialında Hürrəm sultan obrazı ilə şöhrət qazanan Məryəm Üzərli Türkiyədən yeni bir layihəyə dəvət alıb.

Can Atəşdən dünyaya gələn qızı Lara ilə məşğul olmaq üçün karyerasına bir müddət fasilə verən aktrisa yenidən efirə qayıtmağa hazırlaşır.

Üzərli yarışma proqramlarından birində münsiflər heyətinin üzvü olacaq. Verilişin məqsədi istedadlı aktyor və aktrisalar tapmaqdır. Sentyabrdan yayımlanacaq yarışmanın digər münsiflər heyətində başqa kimlərin olacağı isə hələlik dəqiq deyil.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm