• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ən gözəl çanta aksessuarları - Fotolar

Ən gözəl çanta aksessuarları - Fotolar

Çantalar demək olar ki, hər an bizimlədir. Evdən çıxarkən hər birimiz kiçik də olsa bir çanta götürük.

Bəs bu sevimli aksessuarları kiçik detallarla dəyişdirib geyiminizə daha uyğun hala gətirmək istəyərsiniz?

Ötən il podiumlarda gördüyümüz bu dəb artıq bütün xanımların marağına səbəb olub. Söhbət çantalara taxılan kiçik bəzəklərdən, çanta aksessuarlarından gedir.

“Fendi” brendinin təqdim etdiyi kiçik tüklü çanta bəzəkləri bu dəbin daha da populyarlaşmasına səbəb oldu.

İngiliscə "Bag Bugs", yəni “çanta böcəyi” adlanan bu şirin aksessuarların qiyməti elə də ucuz deyil. Hətta 800 dollara belə olanları var.

2014-2015 payız-qış moda trendləri arasında öz yerini alan çanta aksessuarları modanı təqib edən bütün qadınların, o cümlədən, stil ikonalarının və moda bloqu yazarlarının da sevimlisinə çevrilib.

Bu mövsümdə daha çox heyvan fiqurları, saçaqlar dəbdədir.

Bu aksessuarlar həm dəbli görünməyinizə kömək edir, həm də çox klassik bir çantanı idman stilinə uyğunlaşdıra bilir.

Yəni eyni çantanı fərqli aksessuarlarla bəzəyərək müxtəlif stillərlə kombin edə bilməyinizə imkan yaradır.

Onu da qeyd edək ki, “Fendi” keçən il "Bag Bugs"ların satışından yaxşı gəlir əldə etdiyi üçün bu il modasevərlərə sürpriz edib. Belə ki, “Chanel”in baş stilisti Karl Laqerfeldin fiqurunu çanta aksessuarı olaraq satışa çıxarıb.

"Karlito" adlanan bu aksessuarın qiyməti təxmini 1600 manat olsa da, alıcıların sayı kifayət qədərdir.

İlham alıb öz stilinizə uyğununu seçməyiniz üçün sizə ən dəbli çanta aksessuarlarını təqdim edirik:

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR