Cinsi istəyi artıran ən dadlı tərəvəz
Bizi izləyin

Tabloid.az

Cinsi istəyi artıran ən dadlı tərəvəz

Bu tərəvəzin tərkibindəki antioksidanlar yaşlanmanı gecikdirir, orqanizmi infeksiyalara qarşı qoruyur

Diş və boğaz ağrıları, oynaq iltihabı, revmatizm, həzm sistemi pozğunluğu kimi bir çox narahatlığı aradan qaldıran möcüzəli bitki yaşıl bibərin bilmədiyiniz bir çox faydası var.

Tabloid.az yay aylarında salatlarda, şorbalarda, yeməklərdə bol-bol istifadə olunan yaşıl bibərin faydalarını araşdırıb.

Bu tərəvəzin tərkibindəki antioksidantlar yaşlanmanı gecikdirir, orqanizmi infeksiyalara qarşı qoruyur. Bədənin təmizlənməsi və xəstəliklərə qarşı müqavimət göstərməsi üçün lazımlı vitaminlərlə təmin edən yaşıl bibəri hər gün yeyə bilərsiniz.

Bu tərəvəzin faydaları saymaqla bitən deyil. Damar tıxanıqlığı və ürək xəstəliklərinə qarşı da faydalıdır. Həmçinin qanaxmanın qarşısını alır.

Bu ucuz və hər yerdə tapılan bitki həm də “Viaqra”nı əvəz edir. Ekspertlər bildirirlər ki, davamlı olaraq yaşıl bibərdən istifadə edən insanlar 1 həftədə müsbət nəticəni müşahidə edə bilərlər.

Bronxit və qrip kimi xəstəliklərin qarşısını alan yaşıl bibər immun sistemini gücləndirdiyindən uşaqlar üçün də faydalı bitki hesab olunur.

Xərçəngə qarşı da effektli olan bu tərəvəz tərkibində olan A və C vitamini sayəsində gözlərə də xeyirdir.

Sonda onu da qeyd edək ki, alimlər bibəri çiy yeməyi məsləhət bilirlər. Həmçinin yeməklərdə bibər tomatından istifadə etmək tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm