• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Artıq çəki seksdən alınan həzzi azaldır?

Artıq çəki seksdən alınan həzzi azaldır?

Son illərdə aparılan araşdırmaların nəticələri göstərib ki, köklük cinsi həyata mənfi təsir edir. Xüsusilə bel ətrafında yığılan piy olduqca təhlükəlidir.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa Cinsi Sağlamlıq Birliyinin rəhbəri İrəm Hattat bel ölçüsünün seks həyatına təsirlərindən danışarkən çox maraqlı faktlara toxunub:

“Araşdırmalar göstərir ki, qarındakı piylər sadəcə gözəllik baxımından deyil, eləcə də cütlüklərin cinsi həyatında problemə çevrilir.

Bilirik ki, artıq kilo təzyiq, şəkər xəstəliyi, ürək-damar xəstəlikləri kimi bir çox problemə səbəb olur. Bütün bunlar da öz növbəsində yataqdakı performansa öz mənfi təsirini göstərir.

Qarın yağları həm də hormonların fəaliyyətini pozur.

Sağlam cinsi həyat yaşamaq istəyən cütlüklərə məsləhətim budur ki, çəkiyə mütləq fikir versinlər. Qadınların bel ölçüsü 80 santimetri, kişilərin bel ölçüsü isə 94 santimetri keçməməlidir”.

İrəm Hattat bildirir ki, bel ətrafında və qarında yığılan piylər həm buradakı qan damarlarının qocalmasına səbəb olur, həm də seks üçün lazımlı olan testosteron hormonunun səviyyəsini aşağı salır.

"Həyat tərzi cinsi həyata da öz təsirini göstərir. Siqaret, spirtli içki, yanlış qidalanma, hərəkətsiz qalmaq, həddindən artıq stress, depressiya, hətta 8 saatdan az yatmaq belə seks performansına təsir edir.

Bütün bu saydıqlarım insanın sağlamlığına mənfi təsir edən faktorlardır. Sağlam olmayan bir insan seksdən həzz ala bilməz, ən əsası isə partnyoruna həzz verə bilməz.

Sağlam həyat yaşamaq istəyənlər mütləq gündə 30 dəqiqə də olsa idmana vaxt ayırmalıdırlar.

Spirtli içki və siqaret aludəçiləri narahat olmasınlar. Bunların miqdarını azaltsalar və idmanla məşğul olmağa başlasalar 1 il ərzində daha sağlam bir bədənə sahib ola bilərlər”.

Onu da qeyd etmək lazımdır ki, köklük həm də estetik cəhətdən insanı narahat edən roblemdir. Kişilər artıq çəkini problem etmirlər. Bu onların yataqdakı performansına mənfi təsir etsə də, psixologiyasına heç bir təsiri olmur. Qadınlar isə fərqlidirlər. Artıq çəkisini kompleks edən qadın yataqda rahat ola bilmir. Nəticədə nə partnyorunun istəklərini qarşılaya bilir, nə də özü seksdən həzz alır. Nəticədə seks həyatından məmnun olmayan cütlük ortaya çıxır. Bu hal cütlüklər arasında xəyanət daha çox baş verir. Xoşbəxt bir ailə üçün digər məqamlarla yanaşı, seks də çox önəmlidir. Qadın və kişi özünü yataqda xoşbəxt hiss etməlidir. Əks təqdirdə xoşbəxtliyi başqa yerdə axtaracaq və böyük ehtimalla da tapacaq.

Arıqlamağın həm kişilərin, həm də qadınların cinsi həyatına müsbət təsir etdiyini sübut edən araşdırmalar var.

Belə ki, 2009-2010-cu illərdə aparılan araşdırmaların nəticələrinə görə, arıqlayan kişilər və qadınlar daha çox orqazm həzzini yaşayırlar.

Digər araşdırma isə 350 kök qadın üzərində aparılıb. 1 il ərzində pəhriz və idmanla arıqlayan qadınlar həm daha tez-tez ehtiraslandıqlarını, həm də daha asan orqazm olduqlarını bildiriblər.

Bir sözlə, sağlam cinsi həyata sahib xoşbəxt bir cütlük olmaq istəyirsinizsə, artıq kilodan xilas olmalısınız. Bunun üçün internetdən əldə etdiyiniz pəhrizləri saxlamaq əvəzinə bir diyetoloqa getməyiniz məsləhətdir. Çünki sağlam şəkildə arıqlamaq çox önəmlidir.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR