“Hələ də Suranın ölüm xəbərinin şokundayam”
Bizi izləyin

Tabloid.az

“Hələ də Suranın ölüm xəbərinin şokundayam”

Tünzalə Ağayeva intihar edən müğənniyə konsert ithaf edəcək

Bir neçə gündür ki, yerli mətbuat gənc ifaçı Sura Əsgərlinin intiharından yazır.

Tabloid.az xəbər verir ki, gənc qızın ölüm səbələri ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bir çoxlarının dediyinə görə, Sura xaraktercə özünə qapalı olub, məhz buna görə özünə qəsd edib. Digərləri isə onun məhz təhsil aldığı Qafqaz universitetində 3 “zaçot” kəsiri olduğuna görə öldürdüyünü iddia edir. Özünü yaşadığı evdə asan gənc qızın intihar səbəbləri ailəsi və hamı üçün sirr olaraq qalır.

Bir müddət öncə Sura ilə “Qovuş ona” adlı duetinə çəkilən klipini təqdim edən əməkdar artist Tünzalə Ağayeva isə hadisədən özünə gələ bilmir:

“Onun bu hərəkətindən hələ də özümə gələ bilməmişəm. Onun intiharı yaxınları, doğmaları üçün ağır zərbə, faciə oldu. Biz hələ də bu hadisənin şokundayıq. Niyə və nəyə görə gənc, istedadlı qız öz həyatına intiharla son qoya bilər? Onu yarım il idi ki, tanıyırdım. Tanışlığımızın ilk günlərindən Sura məni qeyri-adi istedadı, unikal vokal imkanları, daxili aləmi və dünyaya fərqli baxışı ilə heyran etmişdi. O, çox sadə insan idi, öz daxili aləmində yaşayırdı... Eyni zamanda, həyatında hər hansı bir problem yarananada çox həyəcan keçirirdi, depressiyaya düşürdü. O, çox gözəl şeirlər yazırdı. Mən böyük məmnuniyyətlə həmin şeirlərdən biri olan “Qovuş ona”ya mahnı bəstələdim. Biz həmin mahnya İstanbulda klip də çəkdirdik. Bu onun müğənni kimi ilk təcrübəsi olsada da, mətbuatda ifası çox yaxşı qarşılandı, sevildi. Suranın bütün həyatı hələ qarşıda idi... Bizim onunla həyata keçirmək istədiyimiz bir çox layihələrimiz var idi. Bunu xüsusilə qeyd etmək istərdim ki, valideynlər və cəmiyyət gənclərin düşüncə və istəklərinə, həyatına qarşı diqqətlə yanaşsınlar. Qoy bu faciə ciddi xəbərdarlıq olsun! Mən mütləq Suranın xatirəsinə konsert həsr edəcəyəm”.

Qeyd edək ki, Sura Əsgərlinin intihar faktı ilə bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm