Cazibədar ulduzların dekolte yarışı – Fotolar
Bizi izləyin

Tabloid.az

Cazibədar ulduzların dekolte yarışı – Fotolar

Libasları ilə göz qamaşdırdılar

Ötən gün “GQ Men of the Year” mükafatları öz sahiblərini tapıb. Londonda baş tutan tədbirdə bir çox ulduz iştirak edib. Dəvət edilən cazibədar ulduzların çoxu dərin dekolteləri ilə seçiliblər. Cəsarət tələb edən libaslar seçən məşhur qadınlar sanki bir-biri ilə yarışıblar.

İngiltərəli model Deysi Louv boz rəngli, sinəsini açıqda qoyan tulumu ilə göz qamaşdırıb. Xanımın dekoltesi hətta ingiltərəli aktyor və müğənni Lyuk İvansın da diqqətindən yayınmayıb. Aktyor gözlərini 25 yaşlı modelin sinəsindən ayıra bilməyib.

Porno-ulduz Kim Kardaşyan da gecəyə böyük ombalarını və sinəsini nümayiş etdirən şəffaf geyimdə gəlib.

İngiltərəli lezbiyan model Kara Delevin gipürlü libası ilə hamını özünə heyran qoyub. 22 yaşlı modellə aparıcı Conatan Saundersin zarafatlaşması və yerə yıxılmaları isə gecənin ən maraqlı dəqiqələri olub.

Gecədə iştirak edən cazibədar xanımlardan biri də 24 yaşlı Rita Ora olub. Müğənni yarıqlı, gümüş rəngli libasla diqqət çəkməyə çalışıb.

Dekoltesi ilə digər xanımları kölgədə qoymaq istəyənlərdən biri də müğənni Cessi Cey olub. 26 yaşlı pop ulduz həm sinəsini, həm də ayaqlarını açıqda qoyub.

Tabloid.az mükafat mərasimindən fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm