Dilarə: "“Eurovision” “Bəxtvision” deyil”.
Bizi izləyin

Tabloid.az

Dilarə: "“Eurovision” “Bəxtvision” deyil”.

“Eurovision-2014” təmsilçimiz Dilarə Kazımova ailə qurandan sonra sənətdən uzaqlaşmayacağını deyib.

“Eurovision-2014” təmsilçimiz Dilarə Kazımova ailə qurandan sonra sənətdən uzaqlaşmayacağını deyib.

Tabloid.az xəbər verir ki, gənc ifaçı “10Lar” verilişinə açıqlamasında deyib ki, nişanlısı onunla tanış olarkən, müğənni olmasından xəbərdar imiş:

“O mənim sənətimə hər zaman hörmətlə yanaşıb, hər zaman dəstək olub. Bir çoxları deyirlər ki, “Eurovision” yarışması düşərlidir. Bu yarışmaya qatılan qadın müğənnilərimiz ailə qururlar. Amma məndə məsələ tamam başqa idi. Mən ailə quracağım adamla yarışmadan əvvəl tanış idim. Evlənmək haqqında düşünürdük, amma sonra qərara aldıq ki, bunu yarışmadan sonraya saxlayaq. Deməyim odur ki, ailə qurmağımı “Eurovision”a bağlamaq, buna “Bəxtvision” demək lazım deyil”.

Xatırladaq ki, Dilarənin toyu sentyabrın 20-də paytaxt restoranlarından birində olacaq. İki ay öncə nişanlanan müğənninin gələcək həyat yoldaşı Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamıdır. Müğənni onunla bir il öncə ümumi dostlarının sayəsində tanış olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm