• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Seks asılılıq yaradır?

Seks asılılıq yaradır?

Dünyada minlərlə insan seks aludəçiliyindən əziyyət çəkir. Hətta onlarla məşhur ulduz seks aludəçisi olduğunu etiraf edib. Seks aludəçiliyi həddən artıq sekslə məşğul olan və ya gündə 2-3 saat porno videolar izləyən insanlarda müşahidə edilir.

Elm adamları seks aludəçiləri ilə narkotik maddələrdən istifadə edənlərin beyin fəaliyyətləri arasında oxşarlıq olduğunu müəyyənləşdiriblər. Araşdırmalar göstərir ki, porno video izləmək asılılıq yarada bilir.

Kembric Universitetinin alimləri porno videolar izləyən 19 kişinin beyin fəaliyyətlərini incələyiblər. Məlum olub ki, porno izləyənlərlə narkotikdən istifadə edənlərin beyinlərinin eyni bölgəsi fəaliyyətə keçir.

“PLoS One” adlı jurnalda yayımlanan məqalədə deyilir ki, porno izləyən insanın beynində fəaliyyətə keçən üç bölgə (ventral striatum, dorsal singulat korteks, amiqdala) istifadə etdikləri narkotik maddəni görən aludəçilərdə də eyni ilə hərəkətə keçir.

Tədqiqatlar bir çox insanın iş yerində porno izlədiyi üçün işdən qovulduğunu, bəzilərinin ictimai yerlərdə etikadan kənar hərəkətlər etdikləri üçün hətta həbs cəzası aldıqlarını ortaya çıxarıb.

Ancaq alimlər seks aludəçiliyinin narkotik asılıqdan çox fərqli olduğunu deyirlər. Onlar ehtirasını cilovlaya bilməyən kişilərdə “obsesif-kompulsif” pozğunluq olduğunu iddia edirlər.

Ancaq bütün elm adamları eyni fikirdə deyil.

Bu mövzuda “BBC”-yə açıqlama verən Kembric universitetinin professoru Valeri Vun seksin asılılıq yaradıb yaratmadığı barədə dəqiq qərara gələ bilmədiklərini bildirib:

"Bu, ilk araşdırma idi. Ancaq əldə etdiyimiz nəticələr seksin asılılıq yaratdığını deməyə imkan vermir. Bunun üçün daha bir neçə araşdırma aparılmalı və nəticələr dəqiq təhlil edilməlidir".

Seks aludəçiliyi müalicə dərnəyi başqanı Paula Holl internetdən porno izləyib təmin olan insanların normal seks zamanı performansının aşağı düşdüyünü və bəzi gənclərin real seksdən uzaqlaşdığını bildirib.

Paula internetdə çox vaxt keçirən və həftədə 4 dəfə cinsi əlaqəyə girməyən cütlüklərin münasibətlərinin pozulduğunu, son illərdə belə halların çoxaldığını vurğulayıb. O, təkliyi sevənlərin, ailə və dostlarla çox vaxt keçirməyənlərin daha tez seks aludəçisinə çevrildiyini qeyd edib.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR