Yuxu pozanıza görə nə qədər sevildiyinizi öyrənin!
Bizi izləyin

Tabloid.az

Yuxu pozanıza görə nə qədər sevildiyinizi öyrənin!

Kimlərin xəyanətə uğrama ehtimalları daha çoxdur?

Həyat yoldaşınızla qucaqlaşıb yatırsınız, yoxsa siz yatağın bir tərəfində, o isə digər ucunda yatır? Bu sualın cavabı sizin bir-birinizi nə qədər sevdiyinizi də büruzə verir.

Son vaxtlarda aparılan elmi araşdırmalar göstərir ki, yatarkən partnyoru ilə arasında 2,5 santimetrdən çox məsafə olanların xəyanət etmə və ya xəyanətə uğrama ehtimalları daha çoxdur. Çünki cütlüklərin qucaqlaşaraq və ya bir-birlərinə toxuna biləcək qədər yaxın məsafədə yatmamaları onların sevgilərinin və ehtirasların azaldığına işarət edir.

“Hertfordshire” universitetinin tədqiqatçılar qrupu 1000 nəfər arasında apardıqları araşdırmanın nəticəsinin bunu sübut etdiyini bildirirlər. Tədqiqatçılar deyirlər ki, yataqda aralarında çox məsafə olan cütlüklərin sadəcə 66 fazii münasibətlərindən məmnundur. Ancaq aralarında demək olar ki, heç məsafə olmayan cütlüklərin 86 faizi xoşbəxt olduqlarını etiraf ediblər.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm