Kənan MM bu müğənniyə görə özünə qoyduğu qadağanı pozdu - Fotolar, Video
Bizi izləyin

Tabloid.az

Kənan MM bu müğənniyə görə özünə qoyduğu qadağanı pozdu - Fotolar, Video

"Sevməyi öyrədim"

Xalq və bəstəkar mahnılarının ifaçısı Vüsalə Rəcova bu gün "Sevməyi öyrədim" mahnısına çəkdirdiyi klipini təqdim edib. Mahnının musiqisi Rəşad Bağırov, sözlərini isə Vüsalə xanım özü yazıb.

Tabloid.az xəbər verir ki, teleaparıcı Şəhriyar Əbilovun təqdimatı ilə klip və disk KİV nümayəndələrinə, Vüsalə xanımın musiqiçi qonaqlarına təqdim edilib.

Klipin mövzusu gündəmlə səslənir. Sevgilisinin telefonuna gələn bir mesaj onları bir-birindən ayırır. Kadrlarda sevdiyi insanı xatirələrdə xatırlayan Vüsalə xanım onu bağışlamır.

Qeyd edək ki, Kənan MM 5 illik fasilədən sonra klip yaradıcılığına Vüsalə xanımın təklifi ilə davam edib. Vüsalə Rəcovanın ilk klipini uzun zaman öncə ekranlaşdıran Kənan MM onun növbəti təklifi ilə öz qadağasına xitam verib. Xanım sənətçi ilə olan dostluğunu dəyərləndirən rejissor kamera arxasına keçib. Kadrları istedadlı operator Bəhruz Əliyev lentə köçürüb.

Milli Konservatoriya nəzdində musiqi kollecinin məzunu olan Vüsalə xanım hazırda Azərbaycan dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alır.

Bu sahədə çalışan tanınmış xanəndələr və musiqiçilər Vüsalə xanımın təqdimat mərasiminə toplaşmışdılar. Arif Babayev, Mənsum İbrahimov, Niyaməddin Musayev, Babək Niftəliyev, Təyyar Bayramov, Aşıq Zülifyə, Mirkamil Kamilov, Rövşən Əziz və digər tanınmışlar Vüsalə xanımın sənəti, klipi və diski haqqında xoş sözlər söylədilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm