Mənsum İbrahimova diplom verildi
Bizi izləyin

Tabloid.az

Mənsum İbrahimova diplom verildi

Xalq artisti, ustad xanəndə Mənsum İbrahimov professor diplomuna layiq görülüb. Diplomun təqdimat mərasim Ali Attestasiya Komitəsində baş tutub. Diplomu ona Komissiyanın sədri, akademik Arif Mehdiyev təqdim edib.

Publika.az-a bu barədə məlumat verən sənətkar pedoqoji fəaliyyətində ona göstərilən etimada görə qürur hissi keçirdiyini dedi:

“Ustad sənətkarlarımızdan çoxu bu fəxri ada layiq görülüblər. Amma yaşıdlarım arasında professor diplomu birinci olaraq mənə nəsib oldu. Sənət adamı elədir ki, zəhməti qiymətləndiriləndə fəxarət hissi keçirir. Bu gün mənim yetirmələrim artıq Opera teatrının solistidir, ali təhsil ocaqlarında dərs deyirlər. Yetişdirdiyim ifaçılara baxdıqca zəhmətimin bəhrəsini görürəm”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm