Tabloid.az
Hollivud ulduzları üz gözəlliklərini bu masaja borcludurlar
Yəqin ki, siz də dərini təmizləyib, nəmləndirici krem çəkməyin və həftədə bir dəfə maska etməyin gözəlliyinizi qoruyub saxlamaq üçün kifayət etdiyini fikirləşirsiniz. Ancaq məşhurların dermatoloqu kimi tanınan Nikola Cossun tövsiyələrini öyrəndikdən sonra üz masajının gözəllik üçün nə qədər önəmli olduğunu anlayacaqsınız.
Keyt Moss və Keyt Uinslet ilə işləyən Nikola hər gün üz masajı etməyin dərini möhkəmləndirdiyini, dərinin sallanmasının və qırışıqların qarşısını aldığını, həmçinin qırışıqlıqları azaltdığını bildirir.
Hollivud qadınlarının gözəl üz dərisinə sahib olmaq üçün hər gün tətbiq etdikləri həmin masajın sirlərini sizlər üçün araşdırdıq.
Nikola Coss bu möcüzəvi masaj zamanı “Sanctuary Spa'nın Therasist's Secret Facia Oil” adlı məhsuldan istifadə edir. Ancaq siz istədiyiniz üz yağı ilə bu masajı edə bilərsiniz.
1-ci addım:
Ovcunuza 3 damcı yağ tökün və əllərinizi ovuşduraraq yağı qızdırın.
2-ci addım:
Gözlərinizi qapayın və əllərinizi üzünüzə toxundurub, dərindən nəfəs alın.
3-cü addım:
Ovcunuzu yanaqlarınızın üzərinə qoyun və qulaqlara doğru sanki süpürürmüş kimi əllərinizi hərəkət etdirin. Bu hərəkəti 6 dəfə təkrarlayın.
4-cü addım:
Barmaqlarınızın ucu ilə üzünüzün mərkəzindən yuxarıya tərəf masaj edin. Bu hərəkəti 6 dəfə təkrarlayın. Masaj bir az sərt olmalıdır. Belə ki, hərəkəti 6 dəfə təkrarladıqdan sonra həmin bölgədə qızartı hiss edilməlidir.
5-ci addım:
Bu masajın ən önəmli hissəsi hesab edilir. Bu zaman qulaqlardan başlayaraq bütün çənə bölgəsi formaya salınır. Orta barmaqla, işarə barmağınızı bükün və qulaqların dibindən başlayaraq aşağı doğru bütün çənə bölgəsini masaj edin.
6-cı addım:
Üzünüzdəki xəfif cizgi və qırışıqlardan xilas olmaq üçün barmaq ucları ilə qaşlarınızın ortasından başlayaraq yuxarıya doğru masaj edin. Bu hərəkəti də 6 dəfə təkrarlayın.
7-ci addım:
Boyun bölgəsinin tez qocalmaması üçün bir miqdar yağ ilə həmin bölgəni aşağıya doğru masaj edin.
8-ci addım:
Ovcunuzla möhkəm şəkildə dekolte bölgəsindən çiyinlərə doğru masaj edin. Bunu hər iki tərəfə 3 dəfə tətbiq etmək lazımdır.
9-cu addım:
Sonda yağla əllərinizin üzərini masaj edin.
Tabloid.az
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ