Əzələləri ilə qadınları ovsunlayan model Türkiyədə - Fotolar
Bizi izləyin

Tabloid.az

Əzələləri ilə qadınları ovsunlayan model Türkiyədə - Fotolar

"Hansı Kalvin Klein, tumanımdakı?"

"Instagram"da 1.2 milyon nəfərin təqib etdiyi fenomen model Nik Beytmen Türkiyəyə gəlib.

Günlər öncəsindən “Türkiyəyə gəlirəm" deyə yazan Nikin statusuna gələn 7 min 500 şərhin 5 mindən çoxu türkcə olub. Beləliklə, seksual model Türkiyədə nə qədər sevildiyini anlayıb.

"Bunu gördükcə mən evdəkinə çörək, su belə vermək istəmirəm" deyə şərh yazan fanatı Niki qəhqəhəyə boğub.

Nəhayət ötən gün Türkiyəyə ayaq basan model bütün türk qadınlarını sözün əsl mənasında ovsunlayıb. Belə ki, cazibədar aparıcı Burcu Esmersoy Niki görmək üçün onun qonaq olduğu verilişə gəlib. Ebrunun başında duvaqla gəlməsi isə hamını təəccübləndirib. Bir digər aparıcı Ebru Şallı isə Nikə aşurə bişirib.

Nik Beytmen Kanadada dünyaya gəlib. "Ninza tısbağalar" cizgi filmindən təsirlənərrək hələ kiçik yaşlarından karate ilə məşğul olub. 4 dəfə dünya çempionu olan Nikin modellik karyerasına başlamaq hekayəsi isə olduqca maraqlıdır.

"17 yaşımda təsadüfən sadəcə əylənmək üçün insanların bədənlərini nümayiş etdirdiyi yarışmada iştirak etdim. Daha sonra münsif heyətinin üzvlərindən biri mənə yaxınlaşdı və "Sən çox yaxşı model ola bilərsən" dedi. Mən onu ciddi qəbul eləmədim. Qapıdan çıxarkən dostum dedi ki, "Sən neylədin, az əvvəl Kalvin Kleinə yox dedin?". Mən də dedim ki, “Hansi Calvin Klein, tumanımdaki?". Gedib görüşdüm və modellik karyerama başladım".

Qeyd edək ki, Nik çox yaraşıqlı olsa da, tez-tez sevgili dəyişən kişilərdən deyil. O, 6 ildir ki, tibb bacısı ilə birlikdədir. Ancaq fanatlarının onu narahat etməmələri üçün sevgilisinin adını gizli saxlayır və sosial şəbəkələrdə onu təqib etmir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm