Tabloid.az
Vitaminlərin insan sağlamlığındakı funksiyaları
Sinir sistemini tənzimləyən və dəri xəstəliklərini önləyən vitaminlər
Vitaminlər daha çox yuxusuzluq sindromundan əziyyət çəkənlərə, ağır idman məşqləri edənlərə, siqaret və spirtli içkiləri tərgitməyənlərə, hamiləlik zamanı doğum həblərinə üstünlük verənlərə və infeksion xəstəliklər keçirənlərə məsləhət görülür. Bütün vitaminlər isə bədənin sağlam inkişafına, həzm funksiyalarının yaxşılaşmasına, bədənin infeksiyalara qarşı immunitet qazanmasında əhəmiyyətlidir.
Hava dəyişikliyi ilə əlaqədar bəzi insanlarda halsızlıq yaranır. Bu da özlüyündə immunitet sisteminin qismən zəifləməsinə və insanın özünü xəstə hiss etməsinə səbəb olur. Bunun müalicəsi üçün hər mövsümdə C vitamini istifadə etmək olar. Orqanizmdə C vitamininin çatışmaması diş əti, saç və dəri problemlərinə, oynaq və əzələ ağrılarına, nəfəs darlığına, immun sistemin zəifəməsinə səbəb olur.
Ümumiyyətlə, vitaminlər suda əriyən və yağda əriyən olaraq təsnif olunur.
Suda əriyən vitaminlərə B qrupu vitaminləri (B1 , B2 , B3 , B5 , B6 , B12) biyotin, kolin, folikasit, inositol, paraaminobenzoik turşusu və C vitamini aid edilir. Bunlar orqanizmin müqavimətini artırır, qan yaradır, əzələ ağrılarını aradan qaldırır, sinir sistemini tənzimləyir və dəri xəstəliklərini önləyir. Bundan əlavə, diş əti xəstəliklərinə mane olur, enerji verir və antioksidant xüsusiyyətinə malikdir. B qrup vitaminləri daha çox taxılda, ət və balıq məhsullarında, çərəzlərdə olur. C vitamini isə sitrus bitkilərində olur.
Yağda əriyən vitaminlərə A, D, E, K vitaminləri aid edilir.
A vitamini daha çox balıq, ət, qaraciyər, süd, yumurta və pendirdə olur. Ehtiyaca uyğun istifadə edildikdə embrionun inkişafını və böyüməsini təmin edərək, hüceyrələrin çoxalmasını təmin edir. Yemək borusuna, mədəyə, bronxlara, bağırsaq və s. xəstəliklərə faydalıdır.
D vitaminin əsas mənbəyi günəşdir. Günəşdəki ultrabənövşəyi şüalar D vitaminin çıxarmasını təmin edir. Bu vitamin daha çox yumurta, balıq, pendir, göbələk və qaraciyərdə olur. Bir insanın D vitamini ehtiyacı gündəlik 5 mq olmalıdır. D vitamini sümük xəstəliklərini də önləyir.
E vitamini yağda əriyən əhəmiyyətli antioksidantdır, çərəzlərdən və maye yağlardan təmin edilir. Sinir sistemi, əzələlər, sidik sistemi orqanları, arteriya xəstəliklərinə qarşı təsirlidir.
K vitamini kələmdə, ispanaqda, brüssel kələmində, gül kələmində, taxıl məhsullarında, pendirdə, bitki mənşəli yağlarda olur.
Qanın laxtalanmasını dəstəkləyir, diş əti qanamalarını önləyir və sümüklər üçün faydalıdır.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA