Ölümlə nəticələnən yoluxucu xəstəlik
Bizi izləyin

Tabloid.az

Ölümlə nəticələnən yoluxucu xəstəlik

Ölümlə nəticələnən yoluxucu xəstəlik

Suçiçəyi xəstəliyi ölümlə nəticələnə bilən son dərəcə yoluxucu xəstəlik növüdür. ABŞ tədqiqatçılarının araşdırmaları göstərir ki, hər il 11 000 insan suçiçəyi xəstəliyinə yoluxur və 100 insan bu xəstəlikdən həyatını itirir. Əsasən uşaq yaşlarında yoluxan bu xəstəlik zamanı uşaqlar özünü xəstə hiss etmir, lakin bu xəstəliyin nəticələri iki-üç həftə sonra özünü göstərməyə başlayır.

Xəstəliyin əlamətləri:

Suçiçəyi xəstəliyinin unkubasiya dövrü 14-21 gündür. Əvvəlcə uşaqda temperatura yaranır, üşütmə və ya qusma halı, ayaqlarda, oynaqlarda ağrı, halsızlıq, iştahasızlıq kimi hallar baş verir.

Balaca, qırmızı və ortasında su olan balaca ləkələr öncə qarın və kürək nahiyəsində daha sonra isə bütün bədəndə görünməyə başlayır. Səpkilərin içərisində olan maye bulanıq, ağ rəngdə olur.

Dözülməz qaşınma müşahidə edilir. Lakin uşaqları bu səpkiləri qaşımaqdan çəkindirin. Əgər səpkilər qaşınıb qoparılsa onu yerlərində çapıqlar ömür boyu qalacaq.

Bədəndə yüksək hərarət, iştahsızlıq və baş ağrısı kimi hallar müşahidə olunur.

Suçiçəyindən qorunmanın ən əlverişli üsulu çiçək peyvəndi olmaqdır. Mütəxəssislər uşaqlarınızı vaxtinda peyvənd etdirməyi məsləhət görür.

Müalicəsi:

Bədəndə olan qırmızı sulu ləkələri pambıq və yaşıl brilyant suyu ilə rəngləmək, dərini səthini təmiz saxlamaq, ikincili infeksiyalaşmanın qarşısını almaq lazımdır. Vitaminlər qəbul etmək tövsiyə olunur. Xəstəlik aradan qalxana qədər çimmək olmaz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm