Röya niyə məyus oldu?
Bizi izləyin

Tabloid.az

Röya niyə məyus oldu?

Müğənni Röya Ayxanın Heydər Əliyev Sarayında verəcəyi 3 günlük “Mən sənsiz” adlı konsertinin biletlərinin hamısı artıq satılıb.

Müğənni Röya Ayxanın Heydər Əliyev Sarayında verəcəyi 3 günlük “Mən sənsiz” adlı konsertinin biletlərinin hamısı artıq satılıb.

Tabloid.az xəbər verir ki, bu haqda ifaçı özünün “İnstagram” bloqunda yazıb:

“Çox yorğunam, amma dekabrın 19, 20 və 21-də sizlərdən- tamaşaçılardan aldığım enerji ilə daha bir yeni işimi təqdim edəcəyəm. “Xəyanət” adlı mahnıma çəkdiyim klipim hazırdır”.

Röya konsertinin biletlərinin satılmasından o qədər məmnun olub ki, artıq kimsənin onun qarşısında dayana bilməyəcəyini yazıb:

“Ay, çox “məyus” oldum. Eşitdim ki, artıq konsertimin biletləri kassalarda bitdi. Konsertimə gələ bilməyənlərin yuxularına gəlib, onlar üçün oxuyaram. Eybi yox, radioda hədiyyə olunan biletlərim isə konsertimə gəlməyə imkanı olmayan fanatlarıma hədiyyə olundu”.

Qeyd edək ki, Röya dekabrın 19, 20 və 20-də Heydər Əliyev Sarayında verəcəyi “Mən sənsiz” adlı konsertinin repertuarına mərhum sənətçi Məhəbbət Kazımovun “Laçınım” mahnısını da daxil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm