Teleaparıcı sevgi şeirləri ilə gündəmə gəldi
Bizi izləyin

Tabloid.az

Teleaparıcı sevgi şeirləri ilə gündəmə gəldi

Teleaparıcı sevgi şeriləri ilə gündəmə gəldi

Keçmiş teleaparıcı Zaur Nəbioğlu sevgi şerləri yazmağa başlayıb. Tabloid.az xəbər verir ki, sosial şəbəkədə şeirlərini paylaşan müəllif, deyəsən, teleaparıcılıqdan sonra şair kimi də tanınmağa qərar verib: “Son zamanlar sosial şəbəkələrdə şeirlər və fərqli yazılar paylaşıram. Şeirlərim bəyənilir. Bunu mənə ünvanlanan suallardan anlayıram. “Zaur, özün yazmısan? Kimə ünvanlıdır?”, - deyə soruşurlar.

Z.Nəbioğlu yazdığı şeirlərin əksəriyyətinin sevgiyə həsr olunduğunu bildirib: “Şeirləri mən yazıram, hamısı da sevgi şeiridi. Ancaq həmin şeirlərin ünvanlandığı adam yoxdu”.

Söhbət əsnasında aparıcı teleməkana qayıtmaq planlarından da danışıb. Onun sözlərinə görə, yeni ilin ilk aylarında çox fərqli və böyük formatlı layihə ilə televiziyaya qayıdacaq: “Tezliklə həmin verilişin video anonsu yayımlanacaq və möhtəşəm layihəyə start veriləcək. 2015-ci ilin ilk günlərində bu barədə media nümayəndələrinə geniş açıqlama verəcəyəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm