Tabloid.az
Kişilərin diqqətini çəkən seksual qadın geyimləri - Fotolar
Tabloid.az kişilərin diqqətini çəkən və qadınları cazibədar göstərən geyimlərin siyashısını təqdim edir:
Biləkdən bağlanan ayaqqabılar
Qadınları seksual göstərən detallardan biri də dikdaban ayaqqabılardır. Əgər seksual görünmək istəyirsinizsə, biləkdən bağlanan ayaqqabı modellərinə üstünlük verə bilərsiniz. Bu cür ayaqqabılarda ayaq daha incə görünür, daha seksual bir formaya qovuşur.
Bundan başqa, topuğun alt hissəsini örtən ayaqqabılara da üstünlük verə bilərsiniz. Bu tərz ayaqqabılar bir qədər iddialıdır. Bu tərz ayaqqabıları şalvarlarla geyinəndə ayaqlarınız bir qədər kök olsa belə, gözəl görünür.
V yaxalıqlı paltarlar
Kofta və paltarların kəsimləri vulqar olmayan seksuallığa nail olmaqda çox əhəmiyyətlidir. V yaxalıqları hər zaman qadını daha seksual və zərif göstərir. Dekolteyə ehtiyac qalmadan seksual ola bilərsiniz.
Kürək dekoltesində də adətən V kəsimdən istifadə edilir. Bunun səbəbi də bütün qadınların belinin gözəl olmasıdır. Kürək dekoltesi həm də kişilərdə seksual arzular oyadır. Kök olsa belə, V kəsimi kürək hissəyə çox yaraşır.
Asimmetrik kəsimlər
Asimmetrik kəsimlər havalı və seksual görünmək üçün kifayətdir. Mühüm olan bu kəsimin çox qabardılması və bütün geyimlərdə istifadə edilməməsidir.
Rəngli, ağ və qara paltarlarda asimmetrik kəsimlər tez-tez istifadə edilir. Bu paltarı daha iddialı edir. Həmçinin işləmə, metal aksessuar kimi detallar bu paltarlarda olmamalıdır.
Dar şalvarlar
Dar şalvarlar bütün bədəni örtərək bədən quruluşunu vurğulayır. Bu şalvarları geyinmək üçün bədən quruluşunuza güvənməlisiniz.
Bu şalvar qadını rəzil də edər vəzir də. Ombası və budları böyük olan xanımlar hündür bel modellər geyinə bilərlər.
Hündür bel ətəklər
Hündür bel ətəklər beli daha incə, ayaqları isə olduğundan zərif göstərir. Seksual görünmək istəyən xanımlar bu model ətəklərə üstünlük verməlidir. Onlara yaraşan ən yaxşı modellər isə qısa bel köynəklərlə toplar hesab olunur.
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır