Qaynar, köhnə və tünd çay haqqında bilmədikləriniz
Bizi izləyin

Tabloid.az

Qaynar, köhnə və tünd çay haqqında bilmədikləriniz

Qaynar, köhnə və tünd çay haqqında bilmədikləriniz

Çayın və qəhvənin ürəyə bir çoz faydaları olsa da, yeməkdən sonra içmək düzgün seçim deyil. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, bu insan səhhətində müxtəlif narahatlıqlara və problemlərə səbəb olur.

Giresun universitetinin professoru Nezih Küçükarslan bir çoxlarının yeməkdən sonra çay içmə vərdişini az qala ənənə halına gətirdiklərini misal gətirib və bunun insan sağlamlığına olan mənfi tərəflərindən danışıb. Onun sözlərinə görə, bu cür adətlər həzm sisteminə təsir göstərir, qan dövranının istənilən səviyyədə işləməsinə maneə törədir, yediyimiz qidaların tərkibindəki dəmiri yuyub aparır. Bu zaman həzm prosesində müxtəlif narahatlıqlar yaranır. Qəbizlik halları olmasa da, yaranan qaz səbəbindən həzmdə çətinləşmələr olur. Bu cür insanlarda yuxuya meyillilik digər insanlara nisbətən yüksəkdir. Həmçinin onlarda iflicə tutulma riski çox olur. Məhz buna görə düzgün həyat tərzinin vərdişlərinə yiyələnmək və düzgün qidalanma qaydalarına əməl etmək vacibdir. Mütəxəssislər sağlam olmaq üçün yeməkdən 1 saat sonra çay və ya qəhvə içməyi məsləhət görürlər.

Bundan bqaşqa, alimlərin gəldiyi nəticəyə görə, 62 dərəcədən yuxarı temperaturda olan çayı içmək mədə-bağırsaq sistemində ciddi xəstəliklərə səbəb olur. Çayın içilməsi üçün onun temperaturu maksimum 56 dərəcə olmalıdır. İsti çay qida borusunda xərçəng xəstəliyinin yaranma riskini artırır.

Tünd çay içmək sevgisindən də imtina etmək lazımdır. Çünki tünd çayın tərkibində kofein və tanin maddəsi daha çoxdur. Bu isə baş ağrılarına və yuxusuzluğa səbəb ola bilər.

Çayın faydalarından yararlanmaq üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:

  • Axşamdan qalan köhnə çayı içməyin. Bir neçə saat əvvəl dəmlənmiş çayın tərkibində orqanizmə fayda verəcək heç nə qalmır. Əksinə köhnə çayın tərkibində sağlamlıq üçün təhlükə yaradan maddələr yaranır.
  • Yeməkdən dərhal sonra çay içməyin. Nəzərə alın ki, yeməkdən sonra çay mədə şirəsinin ifrazını kəskin şəkildə azaldır və bunun nəticəsində həzm prosesi çətinləşir. Ən azı yeməkdən 40 dəqiqə sonra çay içmək məsləhət görülür.
  • Gün ərzində 4-5 fincandan artıq çay içməyin. Çalışın çaya olan tələbatınızı su ilə əvəz edəsiniz.
  • Tünd çay dəriyə mənfi təsir göstərir, xüsusilə üz dərisinin rəngini tutqunlaşdırır. Bu səbəbdən də çay dəmləyərkən onun tünd olmamasına diqqət yetirin.
  • Quru çayın saxlama qaydalarına riayət edin. Nəzərə alın ki, quru çay ətrafındakı digər qida məhsullarının qoxusunu və rütubəti özünə asanlıqla çəkir. Buna görə də onu quru yerdə və ayrı saxlamaq lazımdır.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm